Yuxarı

“Azərişıq” ASC-nin xidmətləri “mygov”a inteqrasiya edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərişıq” ASC-nin xidmətləri “mygov”a inteqrasiya edilir

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində rəqəmsal xidmətlərin vahid platformada təqdim edilməsi üzrə işlər davam etdirilir.

Axar.az xəbər verir ki, bu çərçivədə “Azərişıq” ASC-nin mobil tətbiqində təqdim olunan rəqəmsal xidmətlər, məlumat və funksionallıqlar “mygov” platformasına tam inteqrasiya olunub. Eyni zamanda xidmətlərin vahid platformada təqdim olunması və rəqəmsal xidmətlərin təkrarlanmasının qarşısının alınması məqsədilə “Azərişıq” mobil tətbiqinin fəaliyyəti dayandırılıb.

Artıq vətəndaşlar “Azərişıq” ASC-nin rəqəmsal xidmətlərindən həm my.gov.az portalı, həm də “mygov” mobil tətbiqi vasitəsilə istifadə edə bilərlər.

my.gov.az üzərindən xidmətlərdən yararlanmaq üçün “Xidmətlər” bölməsində “Qurumlar” kateqoriyasından “Azərişıq ASC” seçilməlidir. “mygov” mobil tətbiqində isə “Xidmətlər” bölməsinin “Kommunal” kateqoriyasından “Azərişıq” seçilərək müvafiq xidmətlərdən istifadə etmək mümkündür.

Bundan öncə “Azərişıq” tərəfindən təqdim olunan aşağıdakı xidmətlər yenidən dizayn edilərək “mygov”a inteqrasiya edilib.

Əhali istehlakçısının adının dəyişdirilməsi;

Sayğacın zədələnməsinin araşdırılması üçün müraciət;

Abonentin geniş tarixçəsinin təqdim edilməsi;

Smart kartın bərpası və yeni smart kartın verilməsinə müraciət;

Borcun araşdırılması və borcun olub-olmaması barədə sənədin verilməsi.

Bununla yanaşı, abonent kodu əsasında abonentin oxuma, ödəniş və akt məlumatlarının “mygov” platformasında təqdim olunması təmin edilib.

Xidmət və məlumatlarla yanaşı, “Azərişıq” mobil tətbiqində mövcud olan digər funksionallıqların da “mygov”a inteqrasiyası tamamlanıb.

Qeyd edək ki, “Azərişıq” ASC dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində fəal fəaliyyət göstərən qurumlardan biridir. Son illər ərzində qurum tərəfindən göstərilən xidmətlərin 90 faizdən çoxu rəqəmsallaşdırılıb.

Həyata keçirilən tədbirlər nəticəsində artıq 4 milyon istifadəçi "mygov"un xidmətlərindən yararlanır.

Abonentlər “mygov” mobil tətbiqini bu keçid vasitəsilə yükləyə bilər:

Tətbiqin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyə bilərsiniz:

- LinkedIn

- Feysbuk

- İnstaqram

Tarix
2026.09.14 / 20:07
Müəllif
Axar.az
Digər xəbərlər

“Qurdlar Vadisi”nin ssenaristləri 2 saatdan çox ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atıb - Rəsmi

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

Razılaşma mətni: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Hakan Fidan Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla