1666-cı gün: Rusiyanın itkiləri yeniləndi
10:48
| Ana səhifə Toplum |
|
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Mersedes" və "Kia Sorento" markalı avtomobillər toqquşub.
Toqquşma nəticəsində "Mersedes"in sürücüsü, 1959-cu il təvəllüdlü Elbrus Xəlil oğlu Əliyev həyatını itirib.
"Kia Sorento"da sərnişin qismində əyləşən 2004-cü il təvəllüdlü Aysel Vüqar qızı Həsənli isə müxtəlif dərəcəli xəsarətlər alıb. O, tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
|
Tarix
2026.09.16 / 10:01
|
Müəllif
Axar.az
|