Yuxarı

Hərbi xidmətdə olanlara hansı güzəştlər olunacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbi xidmətdə olanlara hansı güzəştlər olunacaq?

Müddətli həqiqi hərbi xidmətə yollanan vətəndaşların kredit borclarının necə tənzimlənməsi aktual məsələlərdəndir. Qanunvericilikdə hərbi xidmətə çağırış zamanı borcun avtomatik silinməsi nəzərdə tutulmasa da, xidmət dövründə maliyyə yükünü yüngülləşdirmək üçün müəyyən restrukturizasiya və güzəşt mexanizmləri mövcuddur.

Axar.az Yeni Sabah-a istinadən xəbər verir ki, hərbi xidmətə çağırılan şəxsin bu müddətdə daimi gəlir əldə etmək imkanı məhdudlaşdığı üçün banklar fərdi müraciət əsasında ödəniş qrafikində dəyişiklik edə bilərlər. Bu zaman kredit ödənişlərinə müvəqqəti möhlət verilir və ya aylıq ödəniş məbləğləri azaldılaraq kreditin ümumi müddəti xidmət dövrü qədər uzadılır.

Hərbi xidmətdə olmaq obyektiv səbəb hesab edildiyi üçün, banka vaxtında müraciət olunduqda xidmət müddətindəki gecikmələrə görə adətən əlavə cərimə, penya və ya faiz dəbbəsi hesablanmır. Lakin bunun rəsmiləşdirilməsi üçün mütləq bankın öncədən məlumatlandırılması tələb olunur. Dördpendirli pizza

Vətəndaş hərbi xidmətə getmədən əvvəl aidiyyəti sənədləri banka təqdim etdikdə və restrukturizasiya razılaşması əldə olunduqda, xidmət dövründəki ödəniş fasilələri "bədxah gecikmə" kimi reestrlərə düşmür. Bu da gələcəkdə vətəndaşın kredit tarixçəsinin neqativ təsirə məruz qalmasının qarşısını alır.

Səfərbərlik, müharibə və ya hərbi əməliyyatlar dövründə Mərkəzi Bankın xüsusi tövsiyə və qərarlarına əsasən daha geniş güzəşt paketləri tətbiq edilə bilir. Belə hallarda faizlərin tam dayandırılması, subsidiyalaşdırılması və ya xüsusi dondurulma rejimləri istifadə olunur.

Tarix
2026.09.23 / 20:36
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla