Yuxarı

Həkimdən Dambrauskasla bağlı qeyri-etik paylaşım - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həkimdən Dambrauskasla bağlı qeyri-etik paylaşım - Foto

“Liv Bona Dea” Hospitalının uroloqu Elbəyi Daşdəmirli ilə Mərkəzi Klinikanın travmatoloqu Yasin Haxverdiyev arasında sosial şəbəkədə baş tutan yazışma böyük qəzəb doğurub.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, noyabrın 25-də Bakıda UEFA Çempionlar Liqasının liqa mərhələsində Azərbaycan çempionu “Sabah” İspaniyanın “Barselona” komandası ilə qarşılaşacaq.

Həkim Elbəyi Daşdəmirli “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasla fotosunu sosial şəbəkə hesabında paylaşıb. Bu paylaşıma şərh yazan digər həkim Y.Haxverdiyev isə “Sabah”ın sözügedən oyunda “Barselona”ya məğlub olacağına eyham vuraraq, həmin tarixdə “Barselona”nın baş məşqçisi Hans Flikin Valdasa prostat müayinəsi aparacağını yazıb:

“Abi, noyabrda məşhur alman uroloqu Hans Flik Bakıda bu müəllimə prostat müayinəsi icra edəcəkmiş deyirlər...”.

E.Daşdəmirli isə “Elə həmin oyuna hazırlayıram” cavabını verərək Valdas Dambrauskasın onun pasiyenti olduğunu və tibbi müalicə aldığına dair məlumatı ictimai şəkildə açıqlayıb.

Həkimin pasiyentinin tibbi məxfiliyini pozaraq onunla bağlı məlumatı sosial şəbəkədə paylaşması, həm də bunu zarafat və sarkazm formasında etməsi istifadəçilər arasında ciddi narazılığa səbəb olub.

Yazışmaya münasibət bildirən jurnalist İlhamə Qasımlı da həkimlərin sosial mediada pasiyentlər üzərindən bu formada ünsiyyət qurmasını sərt tənqid edib. Onun sözlərinə görə, məqsəd zarafat olsa belə, pasiyentin diaqnozu və müayinəsinin ictimai müzakirəyə çıxarılması həkim etikası baxımından ciddi suallar doğurur.

"Ölkənin iki ən prestijli, ən elit və ən lüks xəstəxanasının uroloq və travavmatoloqunun sosial şəbəkədə hər kəsə açıq paylaşımda pasiyenti müzakirə üslubu... Hər ikisi də pasiyent məxfiliyi (hasta mahremiyeti) prinsipinin önəm verildiyi Türkiyə tibb təhsilinin yetirməsidir. Qapalı Vatsap qrupu olsa, bəlkə "iki həmkar arasında olan zarafat" donu geyindirilərdi. Amma hər kəsə açıq platformada ölkənin tanınmış idman mütəxəssisi olan pasiyentin müayinəsini bu şəkildə müzakirə etmək etimad və məxfilik şərtlərinə kölgə salır. Niyyət nə olursa-olsun, pasiyentin diaqnozu, müayinəsi üzərindən məzəli və ya sarkazmlı ünsiyyət qurmaq həkim etikasının əsas prinsiplərinə ziddir. Bir həkimin peşəkarlığı və məsuliyyəti yalnız onun müayinə və ya cərrahi əməliyyat bacarığı ilə bitmir. Həkimlik, eyni zamanda etik prinsiplərə sadiqlik, pasiyentin ləyaqətinə hörmət və onun şəxsi tibbi məlumatlarının qorunması məsuliyyətidir".

İ.Qasımlı sonda Səhiyyə Nazirliyinin Etik Komissiyasının olub-olmadığını bilmədiyini qeyd edib və belə bir qurum varsa, bu cür paylaşımların hüquqi və etik tələblər baxımdan qiymətləndirilməsinin vacibliyini vurğulayıb:

"Xəstələr müayinədən sonra həkimin sosial media hesablarında müzakirə obyekti və ya "məzələnmə" materialı olacağını düşünməməlidir".

Tarix
2026.09.26 / 16:35
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

Türkiyədə Bakıya qarşı kampaniya - Nə baş verib?

Türkiyədə Azərbaycana qarşı kampaniya... - MM

Forumda sənədlər mübadilə edildi - Foto

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla