Yuxarı

Diqqət: kreditlə bağlı yeni məhdudiyyət qüvvəyə mindi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diqqət: kreditlə bağlı yeni məhdudiyyət qüvvəyə mindi

Bu gündən onlayn istehlak kreditlərinin verilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib.

Axar.az xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov cari il aprelin 28-də "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"na və "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası"na dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, vətəndaşlar banka və ya bank olmayan kredit təşkilatına müraciət edərək öz adlarına məsafədən istehlak krediti rəsmiləşdirilməsinə və kredit limitinin onlayn artırılmasına məhdudiyyət qoya biləcəklər.

Müvafiq məhdudiyyət həmin müştərinin banka fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası vasitəsilə təqdim etdiyi yazılı müraciət əsasında aradan qaldırıla bilər.

Bundan başqa, banklar və BOKT-lar kredit verməzdən əvvəl müştərinin belə məhdudiyyət tətbiq edib-etmədiyini həm öz informasiya sistemlərində, həm də kredit bürosunun sistemində yoxlamalı olacaqlar.

Yeni qaydaya əsasən, məsafədən istehlak krediti rəsmiləşdirildikdən sonra vəsait dərhal təqdim edilməyəcək. Gün ərzində verilən və ya artırılan kredit məbləği minimum əməkhaqqının iki mislinədək olduqda vəsait 2 saat sonra, bu məbləğdən çox olduqda isə 24 saat sonra təqdim ediləcək.

Qaydalar həm banklara, həm də bank olmayan kredit təşkilatlarına şamil olunur.

Tarix
2026.10.01 / 11:14
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla