Yuxarı

Döyüldüyü deyilən müəllimə danışdı: “O şagird...”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Döyüldüyü deyilən müəllimə danışdı: “O şagird...”

Bakının Xətai rayonunda yerləşən 95 saylı məktəbdə döyülmə hadisəsi baş verib.

11-ci sinif şagirdi olan oğlan öz müəlliməsini vəhşicəsinə döyüb. Moderator-un məlumatına görə, hadisənin təfərrüatları isə belə olub:

Svetlana adlı fizika müəllimi şagirdin nizam-intizamından şikayət edərək onu danlayıb. Sonra isə daha da qızışaraq şagirdin rəhmətə getmiş atasını təhqir edib. Təhqirə dözməyən şagird müəlliməsinin üstünə hücum çəkib və ona ciddi fiziki xəsarətlər yetirib.

Şahidlərin dediyinə görə, müəllimənin ağzı-burnu partlayıbmış, ətraf qan içindəymiş. Köməyə gələn şagirdlər, müəllimlər və o cümlədən də direktor müəllimi güclə şagirdin cəngindən xilas ediblər.

Hadisə mediada ictimailəşdikdən sonra şagirdi tərəfindən vurulduğu iddia edilən fizika müəllimi Svetlana Əkbərova açıqlama verərək, mətbuatda yazılanların həqiqəti əks etdirmədiyini bildirib:

"Dünən şagird sinifdə mahnı oxuduğu üçün ona irad tutdum, qanacaqlı-mərifətli olmasını tələb etdim. O da ərköyün uşaqdı, çığır-bağır saldı və sinif otağını tərk etdi. Biz həmin uşağı keçən il də məktəbdən uzaqlaşdırmaq istəyirdik, bəzi səbəblərdən son anda onu sinifdə saxladıq".

S.Əkbərova bildirib ki, hazırda məktəbdə işini davam etdirir: "Yazıblar ki, guya şagird məni vurub, bunlar cəfəngiyyatdır".

Ərazi üzrə 34-cü Polis Bölməsinə məlum hadisə ilə bağlı hər hansı müraciət daxil olmayıb.

Tarix
2016.10.22 / 11:13
Müəllif
Axar.az
Digər xəbərlər

Fransada kütləvi iğtişaşlar: xalq nə tələb edir?

Ermənistanda saxlanılan əsgərə ikinci cinayət işi açıldı

Ermənistana keçən əsgərimiz... - İki versiya var

Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - Video

Biz heç vaxt onlar kimi ola bilmərik... - Prezident

Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla