Yuxarı

Döyülən müəllim danışdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Döyülən müəllim danışdı - Video

Xəbər verdiyimiz kimi, Ağstafada məktəbdə müəllimlər arasında dərs bölgüsü üstündə dava düşüb. Hadisə Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə baş verib. İbtidai sinif müəllimi P.Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Axar.az Bakupost-a istinadən xəbər verir ki, zərərçəkən müəllim jurnalistlərə bildirib ki, hadisə tədris hissə müdirinin otağında baş verib:

“Orada mənə basqın etdi. Telefonumun qırıqları göz qabağındadır. Telefonumu başımda qırmaq istədi, mən də əlimi başımın üstünə tutdum. Çünki həmin telefonda Sevinc Əhmədova ilə bağlı səs yazısı var idi. Telefonumu qırdı, mənə hücum etdi və döydü. Başımda yara, əlimdə çat var”.

Müəllim həmçinin deyib ki, hadisədən sonra müəllimlərə Təhsil Şöbəsinə müraciət etmələri və onun işdən azad olunması ilə bağlı tapşırıq verilib.

O, Elm və Təhsil Nazirliyinə müraciət edərək məsələnin araşdırılmasını istəyib.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür. Səsləndirilən bütün iddialarla bağlı araşdırma aparılır və nəticələrə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, DİN-in Mətbuat Xidməti müraciətlərlə bağlı Ağstafa Rayon Polis Şöbəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılıldığı haqda məlumat yayıb.

Tarix
2026.10.01 / 18:49
Müəllif
Axar.az
Digər xəbərlər

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla