Yuxarı

Lerikə 1 metrədək qar yağdı – Ciddi fəsad

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerikdə qar fəsadlar yaradıb.

Report xəbər verir ki, ötən gecə Lerik rayonunda külək və şaxta ilə müşayiət olunan qarın yağması nəticəsində ağaclar aşıb. Elektrik və rabitə xətləri sıradan çıxıb. Gecə saatlarından etibarən bir sıra kəndlərdə işıq kəsilib, rabitə xətləri qırılıb. Cəngəmiran kəndi ərazisində elektrik dirəklərinin aşması və naqillərin qırılması səbəbindən qonşu kəndlərin bir neçəsi də işıqsız qalıb. Sakinlərin bildirdiyinə görə, kəndlərin çoxunda hazırda elektrik enerjisinin verilməsində fasilə yaranıb. Rayon ərazisində kəndlərin çoxu işıqsızdır.

Rayonun yüksək dağlıq hissəsi olan Orand ərazisində qarın qalınlığı 80 sm-ə qədərdir. Dünəndən bu istiqamətdə olan Orand, Pirəsora, Vuravud, Tekunu, Sorsçay və digər kəndlərin sakinləri işıqsız qalıblar.

Lerik Rayon İcra hakimiyyəti başçısının müavini, Fövqəladə hallar üzrə komissiyanın sədri Habil Məlikov yaranmış vəziyyətlə bağlı tədbirlərin görüldüyünü bildirib.

"Orand istiqamətində olan kəndlər həqiqətən də dünəndən işıqsız qalıb. Buna səbəb isə meşə ərazisindən keçən hissədə yüksək gərginlikli xəttin qırılmasıdır ki, dünəndən bu istiqamətində təmir briqadası çalışır. Dünən tamamlamaq mümkün olmasa da, bir neçə saat ərzində işlərin yekunlaşacağı gözlənilir. Rayon elektrik şəbəkəsi tərəfindən gecə saatlarında baş verə biləcək qəzaların qarşısını almaq məqsədilə bir neçə istiqamətlərdə də xətlər şəbəkədən ayrılıb. Briqadalar işləyir. Qəza olmayan xətlərdə yarım saat ərzində enerji verilişi bərpa olunacaq".

Qeyd edək ki, yaranmış problemlərin aradan qaldırılması üçün qüvvələr səfərbər edilib. Hazırda Lerik şəhərinin özündə qarın qalınlığı 20 sm, yuxarı ərazilərə qalxdıqca daha çoxdur. Lənkəran-Lerik yolunda nəqliyyatın hərəkətində hər hansı problem yoxdur.

Tarix
2016.10.26 / 10:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla