Yuxarı

“Nar”dan xaricə gedən abonentlərinə sürpriz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar”dan xaricə gedən abonentlərinə sürpriz

"Nar" rominqdə olan abunəçiləri üçün 4G xidmətinin coğrafiyasını genişləndirməyə davam edir.

Şirkətdən Axar.az-a daxil olan məlumatda bildirilir ki, Almaniya, Belçika, Macarıstan, Rumıniya, Serbiya, Rusiya və Omandan sonra "Nar" istifadəçiləri artıq Albaniya, Çexiya, Gürcüstan, İsrail, Cənubi Koreya, Lüksemburq, Niderland, Yeni Zelandiya, Portuqaliya, Tayvan, Türkiyə, BƏƏ və Böyük Britaniyada da 4G-rominq xidmətindən yararlana bilirlər. Qeyd edək ki, rominqdə olarkən 4G xidmətindən istifadəyə görə əlavə ödəniş tətbiq edilmir.

Hazırda "Nar" rominq xidməti dünyanın 172 ölkəsində aktivdir. "Nar" operatorunun rominq qiymətləri zonalara əsasən müəyyən olunur. Zona daxilində seçilən xarici mobil operatordan asılı olmayaraq, qiymətlər sabitdir. Bundan başqa, "Nar" nömrələrində rominq xidmətini aktivləşdirmək üçün heç bir depozit balansa ehtiyac yoxdur. Belə ki, "Nar" nömrələrində bu xidmət, bir qayda olaraq, öncədən aktiv statusda olur.

Rominq xidmətindən istifadə və 4G şəbəkəsi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

Tarix
2016.10.27 / 11:37
Müəllif
Axar.az
Digər xəbərlər

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın Azərbaycanla bağllı “hədəfi” - Plan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla