Yuxarı

Bakıda körpəni öldürən həkimlərə cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10-27 16:14

Polis idarəsinə həkimlərin məsuliyyətsizliyinə dair növbəti şikayət daxil olub. Bu dəfə "Oksigen" özəl klinikasının əməkdaşları ittiham edilir.

Bu barədə Sputnik-ə Nərimanov Rayon Polis İdarəsindən bildiriblər.

Biləsuvar sakini, 1984-cü il təvəllüdlü Həsənov Ramil Qabil oğlunun sözlərinə görə, oktyabrın 26-da saat 16:58-də Təbriz küçəsində yerləşən klinikada əməliyyat stolunda onun iki yaşlı qardaşı oğlu Həsənli Məhəmməd Amil oğılu ölüb. Hələlik oğlanın ayağının əməliyyat olunduğu məlumdur.

Oğlanın doğmaları uşağın həkimlərin məsuliyyətsizliyi ucbatından öldüyündən əmindirlər. Nərimanov Rayon Prokurorluğunda məlumatı təsdiqləyiblər və əlavə ediblər ki, fakt üzrə hazırda araşdırma gedir və hələlik heç kim şübhəli şəxs kimi məsuliyyətə cəlb edilməyib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən özəl klinikaların fəaliyyətinə müdaxilə etmə səlahiyyətləri olmadığı, bunun üçün istintaq orqanlarının olduğunu bildiriblər.

Qeyd edək ki, "Oksigen" klinikası Odlar Yurdu universitetinin rektoru Munir Vəliyevin oğluna məxsusdur. Klinikanın adı dəfələrlə müxtəlif hadisələrdə hallanıb.

***

Oktyabrın 26-da Biləsuvar rayon sakini, 2014-cü il təvəllüdlü Məhəmmədəli Həsənovun "Oksigen" klinikasında cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi barədə Nərimanov rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Bakı şəhər prokurorluğundan Axar.az-a verilən məlumata görə, toplanmış materialda ehtiyatsızlıqdan adam öldürmə cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix
2016.10.28 / 14:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla