Yuxarı

Yaponiyadan "Azərikimya"ya böyük maraq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaponiyadan "Azərikimya"ya böyük maraq

Bu gün "Azərikimya" İB-də iki günlük seminar-treninq çərçivəsində Yaponiyanın "Hitachi" şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

Axar.az SOCAR-ın saytına istinadən xəbər verir ki, "Azərikimya"-nın Müşahidə Şurasının sədri, deputat Muxtar Babayev İstehsalat Birliyində görülən işlər və perspektiv layihələr haqqında geniş məlumat verib.

Sumqayıtın Azərbaycanın ikinci böyük şəhəri və sənaye mərkəzi olduğunu qeyd edən M.Babayev Kimya Sənaye Parkı və parkın ərazisində tikilən zavodlar haqqında söhbət açıb, slaydlar vasitəsilə kimya sənayesinin gələcək perspektivləri haqqında nümayəndə heyətini məlumatlandırıb.

Nümayəndə heyətinin üzvləri "Azərikimya" İB-də modernizasiya işlərində və yeni qurğuların tikintisində "Hitachi" şirkətinin də yer almasında və qarşılıqlı-faydalı əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildiriblər. Görüşdən sonra SOCAR-ın Təlim,Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-tədris Mərkəzində yapon şirkətinin mütəxəssisləri tərəfindən "Hitachi kompressor texnologiyaları" mövzusunda iki günlük treninqə start verilib. Treninqdə "Azərikimya" İB-nin Etilen-polietilen zavodunun müxtəlif istehsalat sahələrində çalışan 10 nəfər mütəxəssis, eləcə də SOCAR-ın müvafiq strukturlarının əməkdaşları iştirak edirlər.

Treninq başa çatdıqdan sonra iştirakçıların bilikləri yoxlanılacaq və mənimsəmə dərəcələrinə uyğun olaraq sertifikatlar təqdim ediləcək.

Tarix
2016.10.27 / 23:41
Müəllif
Axar.az
Digər xəbərlər

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın Azərbaycanla bağllı “hədəfi” - Plan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla