Yuxarı

Coğrafiya İnstitutu: "Sürüşmə pik həddə çatıb"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Coğrafiya İnstitutu: "Sürüşmə pik həddə çatıb"

Azərbaycanın ənənəvi sürüşmə rayonlarındakı fəallıq demək olar ki, pik həddə çatıb, dövlət əhəmiyyətli Bakı-Quba-Rusiya dövlət sərhədi yoluna yaxın ərazilərdə isə sürüşmə sahələrində yüksək fəallıq müşahidə edilir.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə Trend-ə bildirib ki, uzun müddət davam edən yağıntılar ölkə ərazisindəki sürüşmə sahələrinin kəskin fəallaşmasına səbəb olub: "Klassik sürüşmə rayonlarında fəallıq demək olar ki, pik həddə çatıb. Bu ərazilərə Şamaxı, Ağsu, İsmayıllı rayonları, xüsusilə Ağçay dərəsində, yəni Muğanlı sürüşmə zonası və ona yaxın ərazilərdə, Basqal kəndinin yaxınlığında, Lahıc yolu və onun ətrafında olan, Girdimançay hövzəsindəki sürüşmə sahələri aiddir".

E.Əlizadə əlavə edib ki, hazırda İsmayıllının İstisu kəndində sürüşmə prosesi davam edir. Bundan başqa, Böyük Qafqazın şimal-şərq yamacında - Quba, Qusar, Siyəzən, Şabran, Xızı rayonlarında da sürüşmə sahələri xeyli fəallaşıb, hətta dövlət əhəmiyyətli Bakı-Quba-Rusiya dövlət sərhədi yoluna yaxın ərazilərdə sürüşmə sahələrində yüksək aktivlik nəzərə çarpır.

E.Əlizadə qeyd edib ki, həm yağıntıların çox düşməsi, həm də yağan qarın əriməsi nəticəsində Quba-Xınalıq yolunun bir neçə hissəsində uçqun xarakterli sürüşmə hadisələri qeydə alınıb. Hazırda həm Bakı-Qobustan-Şamaxı-Ağsu, həm Şamaxı-Muğanlı-İsmayıllı, həm də Lənkəran-Lerik yolunda və digər kənd arası yollarda sürüşmə sahələrində fəallıq var: "Rütubətli dövrün hələ bir neçə gün davam edəcəyini nəzərə alsaq, onda gərginliyin də xeyli davam edəcəyini gözləmək olar. Nəzərə almaq lazımdır ki, sürüşmə sahələrindəki gərginlik adətən, yağıntı mövsümü qurtardıqdan sonra bir neçə həftəyə qədər davam edir".

Tarix
2016.10.28 / 09:39
Müəllif
Axar.az
Digər xəbərlər

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın Azərbaycanla bağllı “hədəfi” - Plan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla