Yuxarı

Dubaydan gətirilən mallara - Qadağa

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dubaydan gətirilən mallara - Qadağa

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Dubaydan (BƏƏ) bəzi məhsulların ölkəyə gətirilməsinə qadağa qoyub.

Bu barədə Report-a "Camex" yerli karqo şirkətindən müştərilərinə ünvanladığı SMS müraciətində bildirilir.

Məlumata görə, DGK-nın qadağa qoyduğu məhsullar arasında ətirlər, "Power bank" (mobil cihazlar üçün rezerv enerji qurğuları), "Segway" (təkərli elektron hərəkət vasitəsi) və bir sıra başqa batareya tərkibli əşyalar var.

"Bu vaxta qədər gətirirdik. Amma bir neçə dəfə gömrükdə mallarımızı saxladılar, ona görə də daha həmin məhsulları gətirmirik", - deyə karqo şirkətinin əməkdaşları müştərilərə izah verirlər.

Şirkət təmsilçisi qeyd edib ki, DGK bu qadağanı həmin məhsulların təhlükəli olması ilə əlaqələndirir.

Məsələ ilə bağlı DGK-danbildirilib ki, Azərbaycana bütün malların gətirilməsi mövcud qanunvericiliklə tənzimlənir və tələblərə uyğun gəlməyən malların gətirilməsi qadağandır.

Tarix
2016.10.28 / 19:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan özünün əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın Azərbaycanla bağllı “hədəfi” - Plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla