Yuxarı

Mindən çox bina sökülür: 30 min sakin...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mindən çox bina sökülür: 30 min sakin...

Bakıda yararsız vəziyyətə düşmüş 1000 bina söküləcək, 30 min sakin köçürüləcək

Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Nazirlər Kabinetinin qərarının qəbulundan sonra paytaxt Bakıda irimiqyaslı yenidənqurma işlərinə başlanıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən APA-ya bildirilib ki, həyata keçirilən pilot layihələrin əsas məqsədi müvafiq rayonlarda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından ibarətdir. Qeyd olunan layihə müstəqillik dövründə tikinti sahəsində reallaşdırılan sosial yönümlü ən böyük tədbirlərdən biridir.

Şöbədən bildirilib ki, gələcək 5 ildə yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binasının sökülməsi, 30 mindən artıq sakinin köçürülməsi, milyonlarla kvadrat metr yaşayış sahəsinin tikilib istifadəyə verilməsi nəzərdə tutulur: "Bu layihənin həyata keçirilməsi üçün vəsaitin dövlət büdcəsindən ayrılması deyil, yaranmış əlverişli investisiya mühitində sahibkarlar tərəfindən yatırılması planlaşdırılıb. Dünya bazarlarında neftin qiymətinin enməsinin nəticəsi olaraq meydana gəlmiş mövcud iqtisadi reallıqda tikinti sahəsində çoxsaylı yeni iş yerlərinin yaranması perspektivi də ölkəmiz üçün olduqca cəlbedicidir".

Şöbədən verilən məlumata görə, qərarın 1.1-ci bəndinə əsasən, müvafiq rayon icra hakimiyyətləri mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən həmin rayonlarda yaşayış üçün yararsız olan binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərini hazırlayaraq (tikinti layihələrinin işlənməsindən əvvəl), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmasını təmin etməlidir. Bununla əlaqədar indiyədək komitə təqdim olunmuş 52 ərazi planlaşdırma layihəsindən 45-inə razılıq verib.

Qeyd edək ki, bu qəbildən olan ərazi planlaşdırma sənədlərinin hazırlanması təcrübəsi indiyədək Azərbaycanda mövcud olmayıb. Ənənəvi baş planlar, ərazinin müfəssəl planı kimi icrası mürəkkəb olan sənədlərin əvəzinə məhəllənin tikinti-planlaşdırma eskizi hazırlanıb. Məhəllənin tikinti-planlaşdırma eskizi 5 hektaradək ərazi üçün müəyyənləşib. Mövcud məlumatlar əsasında icra hakimiyyəti layihəçiyə müəyyən olunmuş küçələrin hüdudlarında məhəllənin planlaşdırılan tikintisinin hazırlığı üçün tapşırıq verir. Pilot layihələr üçün planlaşdırma həllərini əsasən Böyük Bakının regional inkişaf sxeminin, müfəssəl planların layihələri, eləcə də, bir sıra ərazi zonalaşdırılması sənədlərinin müəllifi olan Bakı Dövlət Layihə İnstitutu yerinə yetirir.

Tarix
2016.10.29 / 12:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq

Ağdərənin Baş planı ilə tanışlıq - Video

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla