Yuxarı

Əbülfəs Qarayev Rekik ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əbülfəs Qarayev Rekik ilə görüşdü

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tunisə səfəri çərçivəsində bu ölkənin turizm və əl işləri naziri Salma Elloumi Rekik ilə görüşüb.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında turizm sahəsində birgə layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Nazir Əbülfəs Qarayev ölkəmizin bunun üçün geniş potensialının olduğunu, turistlər üçün asan viza rejiminin tətbiq olunduğunu və son dövrlər ölkəmizə gələn turistlərin sayının artdığını qeyd edib.

Tunisdə ali turizm təhsilinin yüksək səviyyədə olduğunu nəzərə alaraq, bu sahə üzrə intensiv təcrübə mübadiləsinin aparılması və layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Əbülfəs Qarayev nazir Salma Elloumi Rekiki 2017-ci ilin aprel ayında Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Tarix
2016.10.29 / 18:17
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan özünün əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın Azərbaycanla bağllı “hədəfi” - Plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla