Yuxarı

Samuxda inək və qoyun oğurlayanlar tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Samuxda inək və qoyun oğurlayanlar tutuldu

Samux rayonunda oğurluqla məşğul olan dəstə tutulub.

Report-un məlumatına görə, oktyabrın 9-dan 20-dək olan müddətdə rayon sakinləri olan 5 nəfərə məxsus ümumilikdə 4 baş inək və 4 baş qoyun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Kolayır kənd sakinləri Vasif Rəhimov, İsa Muxtarov və Şahin Mirzəyev tutulublar.

Oğurluqla məşğul olan dəstənin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların cari ilin avqust-oktyabr aylarında daha 7 rayon sakininə məxsus ümumilikdə 16 baş qoyun və 4 baş inək oğurlamaları da müəyyən edilib. Dəstə üzvləri bu il ümumilikdə rayonun 13 sakininə məxsus 20 baş qoyun, 8 baş inək oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Tarix
2016.10.29 / 19:42
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla