Yuxarı

Deputatlar Yalama Aqroparkında oldular

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputatlar Yalama Aqroparkında oldular

Oktyabrın 29-da Milli Məclisin Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov və Komitənin üzvləri Xaçmaz rayonunda yerləşən Yalama Aqroparkında olublar.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, nazirliyin təşkilatçılığı ilə reallaşdırılan səfər zamanı aqroparkın ofisində təqdimat keçirilib, burada görülən işlər barədə millət vəkillərinə məlumat verilib.

Bildirilib ki, ümumi ərazisi 523 hektar olan Yalama Aqroparkında birinci mərhələ üzrə işlər başa çatdırılıb. Bu mərhələdə 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Yem zavodunun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə taxıl anbarı və məhsulun keyfiyyətli saxlanması üçün qurutma avadanlığı quraşdırılıb. Aqroparkda istehsal və emal müəssisələrinin yaradılmasında ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə olunub. Artıq təsərrüfata "Aqrolizinq" ASC vasitəsilə "Simmental" cinsindən olan 1100 baş cins heyvan gətirilib. Təsərrüfatda yüksək keyfiyyətli süd istehsal olunur. Aqroparkda aqroservis mərkəzi də yaradılıb. Bunun üçün "Aqrolizinq" ASC vasitəsilə İtaliya şirkətlərinin və Gəncə Avtomobil Zavodunun istehsalı olan 15 adda 24 ədəd müasir texnika və aqreqatlar (traktor, yem paylayan, qoşqu, kotan və s.) alınıb. Layihənin 1-ci mərhələsinin investisiya dəyəri 20 milyon manatdır.

İkinci mərhələdə isə Yalama aqroparkında müasir texnologiyanın tətbiqi ilə gündəlik emal gücü 100 ton olan süd emalı zavodu tikiləcək. Zavodda istehsal olunacaq kərə yağı, quru süd və pendir daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac ediləcək. Bundan başqa, ikinci mərhələdə aqroparkda 60 hektar ərazidə intensiv bağçılıq və rayonun Muxtadır qəsəbəsində 957 ha sahədə iri taxılçılıq təsərrüfatları yaradılacaq.

Tarix
2016.10.30 / 01:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq

Ağdərənin Baş planı ilə tanışlıq - Video

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla