Yuxarı

Azərbaycanda 9 aya 543 km yol tikilib - Hesabat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda 9 aya 543 km yol tikilib - Hesabat

Azəravtoyol ASC tərəfindən 2016-cı ilin 9 ayı ərzində uzunluğu 542,7 km olan ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələri tikilib, yenidən qurulub və təmir olunub.

Trend-in məlumatına görə, bu barədə qurumun 9 ayın yekunlarına dair hesabatında deyilir.

Qeyd olunur ki, tikilən və yenidən qurulan avtomobil yollarının 299,0 km-i respublika əhəmiyyətli, 180,5 km-i yerli əhəmiyyətli, 63,2 km i isə Bakı şəhəri üzrə olan yollardır.

9 ay ərzində Muğanlı-Yevlax - 115 km, Qaraməryəm-İsmayıllı - 29 km, Qobustan rayonunda Təklə-Sündü-Xilmilli - 17 km, Yardımlı rayonunda Yardımlı-Deman-Arvana - 46 km, Qəbələ rayonunda Nohurqışlaq-Tüntül-Yengicə - 12,2 km, Biləsuvar rayonunda Əsgərabad-Muğan-Çaylı - 6 km, Qusar rayonunda Qusar-İmamqulukənd-Quxuroba - 24,7 km, Xaçmaz rayonunda Xudat-Yalama-Zuxuloba - 24,8 km, Qazax rayonunun Qazax-Kosalar - 8 km, Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun 23,4 km hissəsi, Salyanın Babazanan yaşayış massivini şəhər mərkəzi ilə birləşdirən Kür çayı üzərində uzunluğu 201 metr, eni 14,5 metr olan yeni körpü, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsi - 87,8 km, Bakı şəhərində Maştağa-Bilgəh - 9,0 km, Nardaran qəsəbəsi daxilində Abşeron və Nəsrulla Əsgərov küçələri - 3,4 km, Nizami rayonunda Mikayıl Əliyev küçəsi - 2,8 km və Qara Qarayev prospekti - 4,0 km tikilib və yenidən qurulub.

Tarix
2016.10.30 / 21:50
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın Azərbaycanla bağllı “hədəfi” - Plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla