Yuxarı

İcra Hakimiyyəti: "Daha su basmayacaq"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra Hakimiyyəti: "Daha su basmayacaq"

Binəqədi rayonunda fasiləsiz yağıntılardan sonra su basan ərazilərdə problemin köklü həlli məqsədi ilə aidiyyəti dövlət qurumları tərəfindən plan hazırlanıb.

Bu, Binəqədi rayon İcra Hakimiyyətinin APA-nın sorğusuna cavabında qeyd edilib.

İH-dən bildirilib ki, təbii fəlakət baş verən gündən etibarən rayonun fövqəladə hallar komissiyasının tərkibində Binəqədi rayonu üzrə icra hakimiyyətinin vəzifəli şəxslərinin rəhbərliyi ilə operativ qərargahlar yaradılıb, sakinlərlə yerlərdə görüşlər keçirilib və təbii fəlakətin fəsadlarının birgə aradan qaldırılması işləri təşkil edilib, rayonun bütün kommunal xidmət təşkilatları da sutka ərzində növbətçilik sistemi ilə işləyib:

"Tək Xocəsən, Biləcəri, Binəqədi və Məhəmməd Əmin Rəsulzadə qəsəbələrində deyil, 6,7,8,9-cu mikrorayonlarında və 28 May qəsəbəsində də yağıntılar xırda fəsadlar yaradıb və aidiyyati qurumlarla birlikdə dərhal aradan qaldırılıb. Binəqədi Rayon İcra Hakimiyyətinin, rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin, Azərsu ASC-nin və yerli özünüidarəetmə orqanlarının birgə gördüyü tədbirlər nəticəsində Binəqədi şosesində nəqliyyatın hərəkəti bərpa edilib, fərdi yaşayış evlərindən yağış suları təmizlənib".

Xırdalan-Binəqədi kollektoru hazırkı şəraitdə tələblərə cavab verib-verməməsinə gəlincə, qeyd olunub ki, bu kollektorun daşması birbaşa yağıntıların normadan artıq olmasıyla əlaqədardır:

"Məsələyə ümumi kontekstdən baxsaq bu illərlə yığılıb qalan kommunal problemlərlə bağlıdır".

Qeyd olunub ki, Biləcəri və Binəqədi qəsəbələrinin, Binəqədi kəndi ərazisinin əhəmiyyətli hissəsində kanalizasiya şəbəkəsi yoxdur. Başqa sözlə, Bakı Beynəlxalq Avtovağzalından başlayaraq "Zəngəzur" restoranına (Binəqədi şossesi) qədər uzanan çökəklik ərazidə demək olar ki, sistemli kanalizasiya şəbəkəsi mövcud deyil:

"Bu ərazidə yaşayan əhalinin payı-qış aylarında həyəti, evlərinin zirzəmiləri daim su ilə dolmuş vəziyyətdə olur və həmin ərazidə yaşayan əməkdaşlarımız da var".

"Binəqədi rayon İH problemin köklü həlli istiqamətində hökumət qarşısında təkliflərlə çıxış edibmi, bu ərazidə kanalizasiya şəbəkəsinin yaradılması üçün nə qədər vaxt tələb olunur" sualına cavab olaraq bildirilib ki, fəsadların aradan qaldırılması üçün ölkə başçısının tapşırığı ilə nəinki Binəqədi rayonunda, eyni zamanda Bakının mövcud problemlə üzləşən digər ərazilərində təxirəsalınmaz tədbirlərin görülməsini aidiyyati qurumlar qarşıya məqsəd qoyub: "Bizdə olan məlumata görə problemin köklü həlli məqsədilə mövcud ərazidə kollektor, kanalizasiya şəbəkələrinin yaradılması istiqamətində aidiyyatı qurumlar tərəfindən "masterplan" işlənib, layihələndirmə işləri başa çatıb. Rayon İcra Hakimiyyəti bu istiqamətdə sözügedən qurumlarla koordinasiyalı işlər həyata keçirir və gələcəkdə də bu sahədə işlər davam edəcək".

Tarix
2016.10.31 / 11:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla