Yuxarı

Bakıda bu marşrut xətləri dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu marşrut xətləri dəyişdi

Bakıda 44 və 103 nömrəli marşrut xətlərinin istiqamətində müvəqqəti dəyişiklik edilib.

Axar.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, bu gün səhər saat 10:00-dan etibarən aparılan tikinti işləri ilə əlaqədar olaraq Zığ yolu Hatəm Allahverdiyev küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Təmir işləri aparıldığı müddətdə ətraf ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyatdan rahat istifadə etmələri, sərnişin avtobuslarının təhlükəsiz və maneəsiz hərəkətini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) 44 və 103 nömrəli marşrut xətlərinin istiqamətində müvəqqəti dəyişiklik edib.

Adı çəkilən marşrut xətləri üzrə avtobuslar alternativ olaraq Rövşən Göyüşov küçəsi (6 saylı Vərəm Xəstəxanası) ilə hərəkət edərək (Bahar Enerji istiqamətində) Hövsan yoluna çıxacaq. Rövşən Göyüşov küçəsinin ümumi uzunluğu 4,8 kilometrdir. Hatəm Allahverdiyev küçəsində Zığ yolunun bağlanması Hövsan yolu ilə şəhər istiqamətində və əksinə Hövsan qəsəbəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə maneə törətməyəcək. Həmçinin "Bakubus" MMC-nin xəttə çıxan avtobuslarına yolun bağlanmasının təsiri olmayacaq.

Tarix
2016.10.31 / 13:07
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla