Yuxarı

26 yaşlı qadının intiharı: Votsap yazışması

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
26 yaşlı qadının intiharı: Votsap yazışması

Bakıda 26 yaşlı qadın intihara cəhdinin səbəbləri məlum olub.

Musavat.com xəbər verir ki, Xəzər Rayon Prokurorluğunda aparılan araşdırmalar rayon sakini H.Ə.-nin (ailəsini və özünü nəzərə alaraq, qadının adını gizli saxlayırıq) özünü öldürməyə cəhd etməsinin motivini üzə çıxarıb.

1990-cı il təvəllüdlü H.Ə. Lev Starçuk küçəsində yaşadığı binanın üçüncü mərtəbəsindən özünü atıb. O, ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan əldə etdiyimiz məlumata görə, 26 yaşlı qadın hazırda reanimasiya şöbəsindədir və vəziyyəti ağır olaraq qalır.

Məlumata görə, araşdırmalar zamanı məlum olub ki, H.Ə.-nin intihara cəhdinə sevgilisinin ondan ayrılması səbəb olub. Daha doğrusu, onunla yaxın münasibətdə olan kişi evlənməkdən imtina edib. H.Ə. isə hamilə olduğunu düşünüb və özünü öldürmək qərarına gəlib. O özünü atmazdan əvvəl Votsapla keçmiş sevgilisinə vida ismarışı da yazıb.

Xəstəxanaya gətirilən H.Ə.-nin hamilə olmadığı üzə çıxıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Tarix
2016.11.01 / 10:09
Müəllif
Axar.az
Digər xəbərlər

Burada Azərbaycanın mövqeyi nəzərə alınmalıdır - Bayramov

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

Peskov: Avropalılar israr edir ki...

Prezident Maka Boçorişvilini qəbul etdi - Foto

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

Azərbaycan və Monteneqro baş nazirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla