Yuxarı

“Nar”dan yeni karyera fürsəti

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar”dan yeni karyera fürsəti

"Nar" gənclərin işlə təmin edilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir.

Şirkətdən Axar.az-a verilən məlumata görə, mobil operator 28 oktyabr 2016-cı il tarixdə "Karyerada ilk addım" devizi altında keçirilmiş əmək yarmarkasında iştirak edib.

Azərbaycan Turizm və Menecment Universitetinin məzun və tələbələrinin əmək bazarına inteqrasiyasına köməklik göstərmək məqsədilə təşkil edilmiş əmək yarmarkasında iştirak edən şirkət və təşkilatlar sırasına "Nar" da qoşulub.

"Nar" gənc kadrlara 6 iş vakansiyası təqdim edib. Satış və xidmət üzrə agent, korporativ satış üzrə mütəxəssis, media satınalması üzrə mütəxəssis, brend və reklam işləri üzrə mütəxəssis, kommersiya analitiki və müştəri xidmətləri üzrə nümayəndə kimi vakant iş yerlərini təqdim edən mobil operator gənclərin işə cəlb edilməsi istiqamətində daha bir addım atıb.

Tədbirdəki "Nar" stendi gənclərin böyük marağına səbəb olub. Təqdimat zamanı onlara iş vakansiyaları barədə daha ətraflı məlumat verilib, mobil operatorun nümayəndəsi gəncləri maraqlandıran suallara cavab verib, müvafiq prosedur əsasında maarifləndirici söhbət aparılıb. Namizədlər öz tərcümeyi-hallarını "Nar" nümayəndəsinə təqdim ediblər. "Nar" operatorunda karyera fürsəti ilə maraqlanmış ən uğurlu namizədlər müsahibəyə dəvət olunaraq mobil operatorda qeyd edilən vakansiyalar üzrə işlə təmin edilmək imkanı qazanacaqlar.

Tarix
2016.11.01 / 12:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla