Yuxarı

Hacı İbrahim: “Daxmada yaşayası deyiləm ki?”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacı İbrahim: “Daxmada yaşayası deyiləm ki?”

Onlar bu materialı "Nyu York Tayms" qəzetində çıxmış müsahibəmdən götürüb, hazırlayıblar.

Axar.az xəbər verir ki, bu fikirləri "Avesta" konserninin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli Musavat.com-a müsahibəsində deyib.

Onun sözlərinə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Əslində, heç mənim o müsahibədən xəbərim yoxdur. Onu haradansa götürüblər, o geyimləri də yazıblar. Mən iki ilə yaxındır xaricə getmirəm, ölkədən çıxışıma qadağa qoyulub. Xaricə getməmişəmsə, o brend paltarları haradan və necə almışam? Mən həmin saytın rəhbərliyi ilə əlaqə saxladım, onlar bu materialı "Nyu York Tayms" qəzetində çıxmış müsahibəmdən götürüb, hazırlayıblar. Yeni formada veriblər.

Ölkəmizdə tekstil sənayesi inkişaf etmədiyindən, Azərbaycanda hamı xarici firmadan geyinir. Hamı kimi mən də hansısa firmadan geyinirəm. 20 il bundan əvvəl geyindiyim firmaların məhsullarından bu gün də istifadə edirəm. Burada heç bir qəbahət görmürəm. Hər kəs ürəyi necə istəyirsə, zövqlə geyinməyi bacarmalıdır. İstər bahalı firma, istər ucuz, fərq etməz. Mənim geyimim reklam mövzusu olmamalıdır.

Mən məmur deyiləm, xalq desin ki, əynindəki geyimi, sürdüyü maşını, yaşadığı evi hansı pulla alıb? Mən az qala 30 ildir ki, bizneslə məşğulam. Qazandığım pullardan özümə paltar da alacam, ayaqqabı da, avtomobil də. Bütün dünyada iş adamlarının, milyonçuların həyatı bahalı olur. Cəmiyyətdə buna normal yanaşılır. O cümlədən də mən qazandığım vəsaitə uyğun yaşayıram. Azərbaycanın ilk rəsmi biznesmenlərindənəm. Daxmada yaşayası deyiləm ki? Yaxud, ucuz paltar geyinməyəcəm ki?

Orada bəzi şirkətlərin, brendlərin adlarını səhv yazıblar. Mən müsahibə versəydim, həmin brendlərin adlarını düz deyərdim. Bu da məntiqlə o deməkdir ki, adımdan yayılan müsahibənin Hacı İbrahim Nehrəmliyə heç bir aidiyyəti yoxdur. Yazıblar ki, guya firmalar Hacı İbrahimə paltar saxlayırlar, o da gedib götürür, özü də xaricdə. Bu məlumatlar yalan olduğuna görə, mən narahat oldum. Ölkədən çıxa bilmirəmsə, xaricdən necə paltar ala bilərəm?!".

Xatırladaq ki, dünən Hacı İbrahimin Ölkə.az saytında açıqlaması yayılıb. Həmin açıqlamada iş adamı "Stefano Ricci", "Zilli", "Rioni" və "Bitton" kimi tanınmış brendlərdən istifadə etdiyini deyib.

"O gün bir yas yerinə getmişdim, başdan ayağa "Stefano Ricci"dən geyinmişdim. Ayaqqabımın da üzərində "Stefano Ricci" yazılmışdı. Hamı mənə baxırdı, dedilər ki, Hacı İbrahim yenə də təəccübləndirir. Yəni, mən yas yerinə də "Stefano Ricci" geyinirəm", - iş adamı qeyd edib.

Tarix
2016.11.01 / 17:09
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq

Ağdərənin Baş planı ilə tanışlıq - Video

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla