Yuxarı

SOCAR şefi Tümen qubernatoru ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR şefi Tümen qubernatoru ilə görüşdü

Noyabrın 1-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Rusiyanın Tümen vilayətinin qubernatoru Vladimir Yakuşevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

SOCAR-ın mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, R.Abdullayev Azərbaycanın neft-qaz sənayesinin son illərdə əldə etdiyi nailiyyətlər, SOCAR tərəfindən regional və beynəlxalq miqyasda həyata keçirilən layihələr barədə qonaqlara ətraflı məlumat verib. Azərbaycan və Tümen neftçiləri arasında dostluq əlaqələrinin böyük tarixi keçmişini vurğulayan Rövnəq Abdullayev əməkdaşlıq üçün geniş perspektivlərin mövcud olduğunu diqqətə çatdırıb.

Vladimir Yakuşev Tümen vilayətinin neft-qaz sənayesinin inkişafında Azərbaycan neftçilərinin rolunu yüksək qiymətləndirib, vilayətdə zəngin neft-qaz yataqlarının Azərbaycanın görkəmli geoloqu Fərman Salmanov tərəfindən kəşf edildiyini bildirib. Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etdiklərini deyən Yakuşev Tümen vilayəti və Azərbaycan arasında əməkdaşlığı inkişaf etdirməkdə, xüsusilə neft-qaz, habelə polimer istehsalı sahəsində bir sıra layihələrdə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.

Sonra qubernatoru müşayiət edən müəssisə rəhbərləri təmsil etdikləri strukturların fəaliyyəti ilə bağlı SOCAR rəhbərliyinə məlumat verib və birgə əməkdaşlıqdan məmnun olacaqlarını ifadə ediblər.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

Tarix
2016.11.01 / 22:33
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla