Yuxarı

Axar.Az Logo carnation

MTN 24 kiloqram narkotik tutdu - Əməliyyat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTN 24 kiloqram narkotik tutdu - Əməliyyat

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində ümumilikdə 24 kiloqrama yaxın narkotik vasitənin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə qanunsuz daşınmasının qarşısı alınıb, bu hüquqazidd əməllərin törədilməsinə görə 9 nəfər şübhəli şəxs qismində tutulub.

Keçirilmiş baxışlar zamanı ayrı-ayrılıqda 10 kiloqramdan artıq heroin, 11 kiloqram 881 qram tiryək, 1 kiloqram 446 qram həşiş və təxminən 20 qram sintetik narkotik vasitə olan metanfetamin aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb.

Azərbaycan Respublikasının vətəndaşları - Hüseynov Şahüseyn Sərxan oğlu, Qənbərov İlkin Bəyəli oğlu, Haqverdiyev Vasif Abbas oğlu, Dadaşov İlqar Xanhüseyn oğlu, Həsənov Həsən Turab oğlu, Əliyev Elşən İslam oğlu, İbadov Rahid İbad oğlu, Amanov Vüqar Balaş oğlu və Əliyev Ehtiram Dədəkişi oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
2014.03.14 / 16:06
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə və Azərbaycan XİN başçıları danışdı

İlham Əliyev Finlandiyanın prezidenti ilə görüşdü - Foto

İlham Əliyev Məsrur Bərzani ilə görüşdü - Foto

Prezidentin "Avronyus"a müsahibəsindən görüntülər - Video

2026-da Azərbaycanla müharibə riski... - Ermənistan kəşfiyyatı

Tehran xalqı aksiyalara səsləyən əsas şəxsin adını belə çəkmir

Xəzər dənizinin taleyini həll etməliyik - Tokayev

Prezident Davosda "Avronyus"a müsahibə verdi - Foto

Deputat: 20 Yanvar faciəsi terrorun bariz nümunəsi idi

Onlar da Zəngəzur dəhlizinə öz pəncələrini qoydular - Poqosyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla