Yuxarı

Metroda söküləcək obyektlərin sayı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metroda söküləcək obyektlərin sayı açıqlandı

Bakı Metropoliteninin stansiya və keçidlərində sökülməsi nəzərdə tutulan ticarət obyektlərinin sayı məlum olub.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, metronun "Nəriman Nərimanov" stansiyasında 185, "Neftçilər" stansiyasında 186, "Koroğlu" stansiyasında 109, "Qara Qarayev" stansiyasında 94, "Əhmədli" stansiyasında 93, "Xalqlar Dostluğu" stansiyasında 96, "İnşaatçılar" stansiyasında isə 88 ticarət obyekti söküləcək.

Ümumilikdə isə sökülməsi planlaşdırılan ticarət obyektlərinin sayı 1194-dür.

Ticarətçilərə alternativ olaraq "Yaşıl", "Şərq", və Keşlə bazarlarında, "Günəş" və AMAY ticarət mərkəzlərində yerlər təklif olunub.

APA-nın əldə etdiyi siyahıda metronun "28 May" stansiyasında heç bir obyektin sökülməyəcəyi qeyd olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin sədri Ramiz Hacıyev də APA-ya açıqlamasında söküləcək ticarət obyektlərinin sayının 1194 olduğunu təsdiqləyib.

R. Hacıyev onu da bildirib ki, hazırda metronun "28 May" stansiyasında yeraltı keçidində heç bir ticarət obyekti fəaliyyət göstərmir: "Əvvəllər "28 May" stansiyasında ticarət obyektləri olub, lakin metronun təmirindən sonra yığışdırılıb. Ona görə də orada söküləcək obyekt yoxdur".

R. Hacıyev qeyd edib ki, Cəfər Cabbarlı heykəlinin altında yerləşən yeraltı keçiddəki ticarət obyektlərin sökülməsi isə nəzərdə tutulmur: "Çünki onların metro ilə əlaqəsi yoxdur. Bizə verilən tapşırıq Metropolitenin ərazisində, keçidlərdə, metronun giriş və çıxışlarında olan ticarət obyektlərinin sökülməsi ilə bağlıdır".

Qeyd edək ki, Bakı Metropoliteninin stansiyalarında fəaliyyət göstərən ticarət köşklərinin sahiblərinə ərazini boşaltmaq üçün martın 27-dək vaxt verilib.

Bu qərar köşklərdə çalışanların etirazına səbəb olsa da, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi qərarını dəyişməyib.

Tarix
2014.03.14 / 19:35
Müəllif
Axar.az
Digər xəbərlər

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Ali Məclisdə yeni komissiyalar yaradılacaq

Almaniya Bakı-İrəvan əməkdaşlığını alqışlayır

Xələfov Pakistan XİN rəhbəri ilə görüşdü

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla