Yuxarı

Radik Batırşin MİR əməkdaşlarını təbrik etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə bir sıra KİV nümayəndələri ali mükafatlara layiq görülüb. Sərəncama əsasən MİR Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin direktoru İlqar Tahir oğlu Paşazadə də 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Axar.az xəbər verir ki, MİR Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin təltif olunan əməkdaşlara ürək sözlərini bildirib:

"İlqar Tahir oğlu Paşazadə vətənpərvər, öz ölkəsini sevən, gözəl ailə başçısı və sevimli babadır. O ötən illər ərzində MİR Teleradio Şirkətinin çox millətli əməkdaşlarının hörmətini qazanmışdır. Elə bu səbəbdən teleradio şirkətinin hər bir üzvü, o cümlədən ailəsi İlqar Paşazadə ilə fəxr edir."

MİR Dövlətlərarası Teleradio Şirkətinin 25 illik yubleyi ərəfəsində 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilən Azərbaycan Milli Nümayəndəliyinin direktoru, "Əməkdar jurnalist" İlqar Paşazadə söyləyib ki, MİR telekanalının fəaliyyəti daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir:

"1993-cü ildə Azərbaycanın mərhum prezidenti Heydər Əliyev ölkə prezidenti seçildikdən dərhal sonra, ölkəmizin Müstəqil Dövlətlər Birliyinə daxil olması barədə qərar verdi. Beləliklə, Azərbaycan Respublikası MİR Dövlətlərarası Teleradio Şirkətinin həmtəsisçilərindən biri oldu. Şəxsən Heydər Əliyev Azərbaycan Milli Nümayəndəliyinin ofisinin açılış mərasimində iştirak edib. Ümummilli lider Heydər Əliyev üç dəfə Milli Nümayəndəliyə təşrif buyuraraq kollektivə dəstək olub. Ulu öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə MİR telekanalına ekskluziv müsahibə verib. Prezidentin göstərişinə əsasən Nazirlər Kabinetinin xüsusi əmrinə uyğun olaraq şirkətin maddi-texniki bazasının artırılması üçün əlavə vəsait ayrılmışdır. 2010-cu ildə dövlət başçısının sərəncamı ilə mənə "Əməkdar jurnalist" fəxri adı verilmişdir. 2016-cı il noyabrın 7-də isə prezident İlham Əliyev məni 3-cü dərəcəli "Vətənə Xidmətə görə" ordeni ilə təltif edib və baş mühəndis İlham Məmmədovu "Əməkdar mühəndis" fəxri adına layiq görüb. Fürsətdən istifadə edərək mənim fəaliyyətimə verdiyi yüksək qiymətə görə cənab prezident İlham Əliyevə öz adımdan, həmçinin çoxmillətli kollektiv adından minnətdarlığımı bildirirəm".

MİR dövlətlərarası Teleradio Şirkətinin MDB-də, Şərqi Avropa və Baltikyanı ölkələrində yayımlandığını vurğulayan İlqar Paşazadə bununlarla bərabər MİR Dövlətlərarası Teleradio Şirkətinin tərkibində MİR, MİR 24, MİR HD, MİR radiostansiyası və mir24.tv xəbər portalının fəaliyyət göstərdiyini qeyd etdi:

"Bu dövlət təltifləri bizi gələcəkdə daha da yaxşı işləməyə ruhlandıracaq və bizi MDB informasiya məkanında daha məhsuldar çalışmağa sövq edəcək".

Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə iki nəfər "Şöhrət" , üç nəfər "3-cü dərəcəli Vətənə Xidmətə görə" ordenləri, 48 nəfər isə "Tərəqqi" medalı ilə təltif olunub.

Tarix
2016.11.11 / 17:52
Müəllif
Axar.Az
Digər xəbərlər

Ölkədən getmək istəyən borclu şəxslərə SMS göndəriləcək

“Qırmızı Körpü” və “Samur”la bağlı mühüm qərar

Qarabağdakı mina partlayışına BMT-dən reaksiya

Ədalət Verdiyev azadlığa buraxıldı

Ceyhun Bayramov BƏƏ-yə getdi

Fərzanə Sadiq 3 günlük Bakıya gəlir

Mən, Arutyunyan və Vardanyan buna qarşı idik... - Babayan

Ermənistan atəşkəsi buna görə pozur: 3 mərhələli plan

Britaniya səfirliyi Azərbaycan xalqına başsağlığı verdi

Primakov: Bakıdakı Rus Evi fəaliyyətini bərpa edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla