Yuxarı

Avtovağzalda süni qiymət artımı yaranıb - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtovağzalda süni qiymət artımı yaranıb - Foto

Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişin sıxlığı müşahidə olunur. Bayramı rayonda qeyd etmək üçün buraya üz tutan sərnişinlər süni qiymət artımından şikayətlənirlər.

"Axar.az"ın Bakı Beynəlxalq Avtovağzalında apardığı araşdırmalar nəticəsində məlum olub ki, adi günlərdən fərqli olaraq, bayram günlərində Bakıdan rayonlara (və əks istiqamətdə) sərnişin daşıyan avtobusların qiymətində 1-2 manat artım müşahidə edilir. Adi günlərdə 6-7 manat arasında dəyişən qiymətlər bayram günlərində 8-10 manat olub. Ən əsası isə avtovağzalda uzun növbələr, basabas hökm sürür.

Bölgələrə üz tutanların sayı artsa da, sərnişinlər xətlərə əlavə avtobusların salınmadığını iddia edirlər: "Xəttə əlavə avtobuslar salmayıblar. Bundan istifadə edən sürücülər də qiymətləri qaldırıblar. Etiraz da edəndə deyirlər ki, biz belə aparırıq. Xoşunuz gəlmir getməyin".

Məsələ ilə bağlı sürücülərin mövqelərini öyrənmək istəsək də, onlar danışmaqdan imtina etdilər. Sadəcə, "Bayram günündə hamı kimi biz də çörəyə çıxmışıq", - deməklə kifayətləndilər.

Bu bayram günündə ailəsi ilə rayona getmək istəyən Bərdə rayon sakini Abbasov Fərid bizimlə söhbətində saatlardır avtovağzalda gözlədiyini bildirdi: "Bayramı yaxınlarımla birgə öz rayonumda keçirmək istəyirəm. Ancaq iki saatdan artıqdır qalmışıq burda. Rayona gedənlərin sayı çox olduğu üçün avtobus qıtlığı yaranıb. Kassaya yaxınlaşırıq, bilet tapa bilmirik".

Kassada bilet tapa bilməyən sərnişinlər kiçik "Ford" avtobuslarının dayandığı istiqamətə üz tuturlar. Ancaq bayramla əlaqədar eyni mənzərəni burada da müşahidə etmək mümkündür. Avtobus gəlib saxlayan kimi sərnişinlər bir-birini itələyərək avtobusa minməyə çalışırlar.

Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzalından rayonlara işləyən taksi sürücülərinin də gediş haqqını qaldırdığının şahidi olduq. Adi günlərdə Bakıdan şimal, qərb və cənub bölgəsinə sərnişin daşıya taksilərdə qiymətlər 10-15 manat civarında dəyişirdisə, indi 20 manatdan aşağı deyil.

Qeyd edək ki, hər il olduğu kimi bu il də Novruz bayramı ilə bağlı Bakı Beynəlxalq Avtovağzalından gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək xəttə əlavə avtobuslar buraxıldığını bıldiriblər.

Fotolar müəllifindir

Tarix
2014.03.20 / 14:22
Müəllif
Hikmət Kərimoğlu
Digər xəbərlər

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla