Yuxarı

IX sinfi bitirənlərə şəhadətnamə verilməyəcək - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

IX sinfi bitirənlər bundan sonra şəhadətnamə yox, attestat alacaqlar.

Axar.az Xəzər xəbər-ə istinadən bildirir ki, əvvəllər 9-cu sinfi xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəli şəhadətnamə, digər hallarda isə ümumi orta təhsil haqqında adi şəhadətnamə verilirdi.

Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydaya əsasən, bu sinfi xüsusi nailiyyətlərlə başa vuranlara fərqlənmə attestatı, digərlərinə isə adi attestat veriləcək.

11-ci siniflərə verilən təhsil haqqında sənəddə də dəyişikliklər var. Belə ki, indiyə qədər tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medalla başa vuran məzunlara xüsusi nümunəli attestat, digər hallarda isə adi attestat verilirdi. Yeni qaydaya əsasən isə, qızıl və ya gümüş medalla təltif olunan məzunlara verilən sənəd eynilə qalsa da, əla qiymətlərlə başa vuran məzunlara fərqlənmə attestatı, digər hallarda isə adi attestat veriləcək.

Eyni zamanda tam orta təhsil haqqında attestatda "Təhsil aldığı təmayül" qrafasında şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də yazılacaq.

Attestatların ölçü və təsviri də dəyişib. Fərqlənmə attestatının üzlüyü qırmızı, adi attestatın üzlüyü yaşıl, qızıl medalla bitirənlərin nümunəli attestatının üzlüyü qızılı, gümüş medalla bitirənlərininki isə gümüşü olacaq.

Attestatlar, məktəbi bitirdikdən 10 gün müddətində təntənəli surətdə təqdim ediləcək.

Tarix
2016.11.26 / 21:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Rabitəbank ABŞ bankı ilə işbirliyini müzakirə etdi - Foto

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla