Yuxarı

2 dərəcə bəs eləyir ki, canlılar məhv olsun – Alim

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
2 dərəcə bəs eləyir ki, canlılar məhv olsun – Alim

Hər şey göründüyü kimi deyil, olduğu kimidir. Bu vaxta kimi bizə tarixin müəyyən hissəsini başa salıblar, izah ediblər. Tarixdə elə faktlar var ki, onlar gizlədilir və çalışırlar, heç kimə göstərməsinlər. Məsələn, sivilizasiyaların məhvi, yenidən yaranması, indiki kəşflərin, ixtiraların əvvəldən mövcud olması... Dini kitablarda Yer kürəsini suyun basması, daşqınlar təsvir olunub.

Axar.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov Teleqraf.com-a müsahibəsində deyib. “Brifinq” layihəsinin qonağı olan direktor qlobal istiləşmə haqda maraqlı fikirlər söyləyib:

“Uzağa getməyək, 13 min 500 il bundan əvvəl yaranan sivilizasiya nədən diqqətdən kənarda qalsın. Elmdə də müxtəlif fikirlər var. Deyilirlər ki, 65 milyon il bundan əvvəl körfəzlərin birində dalğa qalxıb, bütün okeanların suyu Yerin üzərinə gəlib, başqa nəzəriyyə görə isə Yer indikindən 304 dəfə sürətlə fırlanırmış.

Dəqiq bildiyimiz odur ki, Yer kürəsində 2100-cü ilə qədər temperatur artımı davam edəcək. İngiltərədə İqlim mərkəzi var, onlar da bildirirlər ki, Qafqaz ərazisində orta temperatur 2 dərəcə qalxsa, Şimal Buzlu okean tərəfdə temperatur 6-7 dərəcəyə kimi arta bilər. Bu halda buzlaqlar əriyəcək, okean səviyyəsi 1 metrə kimi qalxacaq. Ona görə də bütün dünya ölkələri razılaşıb ki, Yerdə temperatur yüksəlişi 2 dərəcəni aşmasın. Çünki bu dərəcəni aşandan sonra artıq geriyə dönüş çox çətindir. Daha sonra elə bir qlobal soyuma gələ bilər ki, bütün canlılar məhv olar”.

Tarix
2016.12.04 / 09:30
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

"Hasbik" Bakıda – Foto

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla