Yuxarı

Ermənilər lənkəranlıları necə qırdı? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

1918-ci il mart ayının 28-dən 31-dək Lənkəran qəzasında erməni daşnakları tərəfindən 40-dan çox kənd yandırılıb, iki mindən çox dinc sakin qətlə yetirilib. Qırğını dayandırmaq məqsədilə danışığa gedən Sutəmurdov kəndinin ağsaqqallarına tutulan divan daha dəhşətli olub. Onların hamısı vəhşicəsinə doğranılıb.

Sutəmurdov kəndini və ətraf əraziləri gözlənilən qırğından qorumaq məqsədilə kəndin 14 ağsaqqalı denikinçi Şıvkonuvla danışığa göndərilib. Həmin danışığı pozmaq məqsədilə ermənilər tərəfindən naməlum şəraitdə atəş açılması sülh missiyasının qanlı sonluqla bitməsi ilə nəticələnib. Rus əsgərinin acığını yerli sakinlərdən çıxan Şıvkunov danışığa gələnləri qılıncla doğratdırmaq əmrini verir.

Cəsədlər doğranılaraq iki yeşiyə yığılır və dəniz kənarında Dəhnə deyilən ərazidə basdırılır. Həmin yeşikləri daşımış arabaçı Musa kişi isə bu qətliamın sirrini yalnız bir həftə sonra aça bilir.

Baş verən qanlı qırğından 96 il sonra da Lənkəranlılar soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edir. Faciə qurbanlarının xatirəsinə ucaldılan və bu günlərdə əsaslı şəkildə yenilənən xatirə kompleksinin minlərlə ziyarətçisi var.

Bu gün xatirə kompleksinin önünə düzülən qan rəngli çiçəklər də xalqın qan yaddaşından xəbər verir (ANS).

Tarix
2014.03.31 / 18:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla