Yuxarı

Suriya erməniləri Qubadlıda məskunlaşır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriya erməniləri Qubadlıda məskunlaşır - Foto

Suriya ermənilərinin Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz yerləşdirilməsi davam edir. Bu dəfə iki erməni ailəsinə Qubadlı rayonunda mənzil verib.

Mənzillər "Tufenkyan" və "Kaşataq" xeyriyyə fondlarının maliyyə dəstəyi ilə tikilib. Mənzillərin təhvil verilməsi zamanı çıxış edən "Tufenkyan" təşkilatının direktoru Andranik Qasparyan bildirib ki, belə tikintilər davam etdiriləcək.

"Proses hələ tam başa çatmayıb. Biz daha 12 ev inşa etməyi planlaşdırırıq"-deyə A.Qasparyan bildirib.

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi başlayandan bu yana ermənilərin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda yerləşdirilməsi geniş hal alıb. Suriya ermənilərinin daha çox Laçın və Zəngilana yerləşdirildiyi bildirilir. Xarici KİV-lərin yazdığına görə, Dağlıq Qarabağda 3 mindən çox Suriya ermənisi məskunlaşdırılıb. Ermənistan tərəfi qondarma rejimin inkişafına təkan verəcəyi ümidi ilə Suriyadan köç prosesinin sürətləndirilməsi istiqamətində səylərini davam etdirir. Azərbaycan dövləti isə dəfələrlə bu təxribata qarşı etiraz edib.

İşğalçı Ermənistan Respublikası Azərbaycanın zəbt olunmuş ərazisində yaratdığı separatçı "Dağlıq Qarabağ Respublikası"nın qondarma "xəritəsində" işğal altındakı rayonlarımıza özlərinə məxsus "adlar" qoyublar.

Ermənilərin belə "xəritələrində" Kəlbəcər rayonunu "Karvaçar", Laçın rayonunu Kaşataq, Laçın şəhərini "Berdzor", Cəbrayıl rayonunu "Djrakan", Zəngilan rayonunu "Kovsakan", Qubadlı rayonunu "Sanasar", Ağdərə bölgəsini "Mardakert", Şuşanı "Şuşi", Xankəndini "Stepanakert", Füzuli rayonunu "Varanda", Xocavənd rayonunu "Martuni", Ağdam rayonunu "Akna", Xocalını "İvanyan" kimi qeyd ediblər. ("Modern.az")

Tarix
2014.04.01 / 20:53
Müəllif
Axar.az
Digər xəbərlər

PA rəhbəri COP32 prezidenti ilə görüşdü

Efiopiya baş naziri Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Mixay Popşoy Azərbaycana gəlir

Efiopiyanın Baş naziri Səngəçal neft terminalında oldu

Prezident yeni baş konsul təyin etdi

Vens Bakı və İrəvana səfər etdi, Tiflis kənarda qaldı...

Paşinyanla Annanın ayrılığında şok detallar

Efiopiyanın baş nazirinin şərəfinə rəsmi nahar verildi

Efiopiya ilə bir sıra sənədlər imzalandı - Foto

General: Rəhim Qazıyev istefa verən kimi başladılar... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla