Yuxarı

“Texnikabank”ın sabiq sədri azadlığa buraxılıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Texnikabank”ın sabiq sədri azadlığa buraxılıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Texnikabank"ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidov və digərlərinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, prosesdə qərara əsasən, bankın idarə heyətinin sabiq sədri Samir Hüseynovun cəzası 8 ildən 4 ilə endirilib. Məhkəmə onun cəzasının şərti hesab olunmasına qərar verib və S. Hüseynov məhkəmə zalından azadlığa buraxılıb.

Digər təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri isə təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Hüseynov 8 il, Elnur Seyidov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olan digər şəxslər 7 ildən 8 ilə qədər müddətinə azadlıqdan məhrum olunublar. Məhkəmə azadlıqda olan Nicat Abdullayevin də həbsinə qərar verib. N. Abdullayev 8 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub. Cinayət işi üzrə azadlıqda olan digər şəxslərə isə məhkəmə şərti cəza təyin edib. Şərti cəza alanlardan başqa digər şəxslər hökmdən apellyasiya şikayəti veriblər.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar.

Həmin iş üzrə həbs edilən "Texnikabank"ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. Xəstəliyin E. Əliyevin proseslərdə iştirakına imkan vermədiyini nəzərə alan məhkəmə onun barəsində cinayət işinin müvəqqəti olaraq dayandırılmasına və işin ayrılmasına qərar verib.

Həbsdə olan sabiq filial müdiri Azər Cəfərlinin işi də xəstəliyi ilə əlaqədar ayrıca icraata verilib.

Xatırladaq ki, Elnur Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.

Tarix
2014.04.03 / 17:12
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dan prezidentin kortejinə edilən hücumla bağlı açıqlama

İranlı nazir Azərbaycana gəlir - Səfərin təfərrüatı

Sərnişin və yük daşımalarına icazə alınması ilə bağlı yenilik

Ağ Ev Əliyevlə Paşinyanın bu fotosunu paylaşdı

Məlahət Gözəlova rəis müavini təyin olundu

Səfirlikdən bəyanat: Prezidentin korteji otelə yaxınlaşarkən...

Prezidentlər arasında məktub mübadiləsi...

Mehmanın Mehdiyev və FSB etirafı – Niyə “rusca”?

Zülfüqarov ABŞ-dakı insidentdən nələr dedi...

Prezident mühafizəçiləri onları niyə və necə döydü? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla