Yuxarı

Azərbaycanda milli sosial şəbəkə yarandı – Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda milli sosial şəbəkə yarandı – Fotolar

Azərbaycanlı gənclər milli sosial şəbəkə yaradıb.

"Axar.az" xəbər verir ki, milli sosial şəbəkə aprelin 1-dən aktivləşdirilib. Bu sosial şəbəkə "MyTagram" adlanır. Bu barədə "MyTagram"ın yaradıcıları Həmzə Hüseynli, Xosrov Əsgərov, Mürsəl Əliyev, Nüsrət Alışov məlumat verib.

Onların sözünə görə xeyli vaxtdır ki, bu şəbəkənin üzərində işləyirlər:

"Aprelin 1-dən istifadəyə verilmiş şəbəkədə artıq 500-dən çox üzv var. Bir il ərzində 100 min olmağı hədəf seçmişik. İnşallah ki, istəyimizə nail olacağıq".

"MyTagram"ın adminlərinin verdiyi məlumata görə, onlar kiçik yaşlarından sayt qurmağa meylli olublar və indi də onun bəhrəsini görürlər.

ABŞ, Rusiyanın İnternet inhisarından qurtulmaq üçün bütün dünya dövlətlərində bir səy olduğunu diqqətə çatdıran "MyTagram" adminləri artıq bütün dünyadakı azərbaycanlıları yeni milli sosial şəbəkəmiz olan "MyTagram" saytına dəvət edir.

Sayt tam rahat və çevikdir, bir sosial şəbəkəyə gərəkli olan hissələrdən də artıq yenilənmələr yaradılıb.

Tarix
2014.04.08 / 01:30
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla