Yuxarı

Füzulidə partlamamış sursat tapıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Füzuli rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında məlumat açıqlanıb.

ANAMA-dan Axar.az-a verilən məlumata görə, Füzuli rayonunun Alxanlı kəndində otlaq sahəsində 48 ədəd partlamamış hərbi sursat (24 ədəd 82 mm-lik minaatan mərmisi (O-832), 4 ədəd PQ-9 raketinin gilizi, 1 ədəd 122 mm-lik top mərmisi (OF-462P), 1 ədəd 125 mm-lik tank mərmisi (OF-26) və 18 ədəd 5.45 çaplı patron) və 25 ədəd mina (23 ədəd tank əleyhinə minanın partladıcısı (MVZ-57) və 2 ədəd piyada əleyhinə mina (OZM-72)) aşkar edilib, daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib.

Bildirilir ki, 2 100 kv.m ərazi yoxlanılıb. Ümumilikdə, Agentlik tərəfindən 1-24 yanvar tarixlərində Ağdam, Füzuli, Şamaxı, Xızı və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 2 otlaq sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə baxış keçirilib, 1 288 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina, və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 15 130 kv.m ərazi yoxlanılıb.

Tarix
2017.01.24 / 14:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla