Yuxarı

Azərbaycanda canavar kəndə hücum etdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda canavar kəndə hücum etdi - Video

Zaqatala rayon sakini adəti üzrə səhər oyanıb, heyvanları otarmaq üçün aparmaq istəyəndə, tövlədə gördüklərindən dəhşətə gəlib. Kənd sakinlərinin sözlərinə görə, bu günə kimi kənddə belə bir hadisəyə rast gəlinməyib.

Səhər saatlarına yaxın Aşağı Tala kənd sakini Məhəmməd Həmzəyevə məxsus tövləyə hücum edən canavar 5 baş qoyunu parçalayıb. Amma ev sahibləri hadisədən səhər tövləyə gələrkən xəbər tutublar. Onlar dərhal Rayon Baytarlıq İdarəsinə məlumat veriblər.

Hadisə yerinə gələn Rayon Baytarlıq İdarəsinin rəis müavini Ramazan Ramazanov deyir ki, hazırda hadisə yerinə baxış keçirilib: "Ölən və kəsilən qoyunlarının basdırılması ilə bağlı göstəriş verilib. Qalan yaralı qoyunlar isə müalicə olunacaq. Daha sonra ərazi və tövlədə dezinfeksiya işləri aparılacaq".

Kənd sakinlərinin sözlərinə görə, Aşağı Tala şəhərə ən yaxın kənd olduğundan kənddə bu günə qədər belə bir hadisəyə təsadüf edilməyib. Şəhər mərkəzinə yaxın əraziyə canavarların soxulmasından isə sakinlər ciddi narahatçılıq keçirir (ANS).

Tarix
2014.04.17 / 20:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla