Yuxarı

Məktəbin təmirinə valideynlərdən pul yığılır? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəbin təmirinə valideynlərdən pul yığılır? – Rəsmi

"245 saylı məktəbin təmir edilməsi üçün Təhsil Nazirliyinə məktub yazmaqdan yorulmuşuq".

Bu sözləri "Axar.az"a övladları Xətai rayon 245 saylı məktəbdə təhsil alan valideyn bildirib.

Onun sözlərinə görə, illərdir pis vəziyyətdə olan məktəbin təmiri üçün rəhbərlik onlardan bir neçə dəfə pul yığıb:

"Təmir üçün yığılan pulları istəmirik. Təki təmir etsinlər. Bu qədər inkişafdan danışırlar. Bir gəlib Bakının mərkəzindəki bu məktəbə də baş çəksinlər".

Valideyn bildirir ki, məktəb müəllimləri də daxil olmaqla Təhsil Nazirliyinə dəfələrlə müraciət ediblər. Ancaq gələn cavablarda qeyri-müəyyənlik var:

"Biz ərizəmizdə narahat olduğumuzu və məktəbin təcili təmirə ehtiyacı olduğunu qeyd etmişik. Cavab verirlər ki, məktəbin təmiri 2014-2016-cı illərdə dövlət proqramına salınıb. Biz nə qədər gözləməliyik? Keçən il etdiyimiz müraciətə də bildirmişdilər ki, 2013-cü ildə mütləq təmir ediləcək. Təmir gecikdiyi üçün bu il 6 sinif bağlanıb".

Şikayətçi deyir ki, məktəbdə otaqların bərbad halda olması ilə yanaşı, olduqca təhlükəli vəziyyət də hökm sürür:

"Məktəb rəhbərliyindən, müəllimlərdən, təhsil səviyyəsindən qətiyyən narazı deyilik. Uşaqlarımızı məktəbdən çıxarmamağımızın səbəbi də budur. Ancaq aidiyyəti qurumların tezliklə məktəbin təmirinə başlamalarını tələb edirik".

Sözügedən məktəbin direktor əvəzi Yaqut Məmmədova "Axar.az"a açıqlamasında məktəbin köklü təmirə ehtiyac olduğunu təsdiqlədi. Ancaq təmirlə əlaqədar valideynlərdən pul yığılması xəbərinin yalan olduğunu bildirdi: "245 saylı məktəbin əvvəlki direktoru elə xoşagəlməz hallara görə nazirliyin əmri ilə işindən azad edildi. Hazırda məktəbdə direktoru mən əvəz edirəm. Məni bura nizam-intizam yaratmaq üçün təyin ediblər. Bəli, məktəbimizin təmirə ehtiyacı var. Ancaq bunun üçün valideynlərdən qətiyyən pul yığmamışıq, nazirliyə müraciət etmişik".

Y.Məmmədova deyir ki, artıq onların müraciətlərinə cavab da verilib. Yaxın zamanlar təmir işlərinə start veriləcək: "Məktəbimiz dövlət proqramına əsasən əsaslı təmir ediləcək. Mütəxəssislər də gəlib artıq. 20 sinif otağı tikiləcək. İlk təmir işləri idman zalından başlayacaq. Təmirin ilkin işləri maya qədər aparılacaq. Şagirdlərin dərsdən qalmaması və hansısa köçürülmə edilməməsi üçün may ayına qədər gözləyəcəyik. Yay tətili ərəfəsində isə növbəti dərs ilinə qədər məktəbimiz tam təmirli şəkildə istifadəyə veriləcək".

Tarix
2014.04.18 / 18:46
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Bu, böyük xoşbəxtlikdir - İlham Əliyev

Laricani öldü - İranda nə dəyişəcək?

İranın Azərbaycandakı səfirinin evi vuruldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla