Yuxarı

Heydər Əliyev prospektində kameralar niyə işləmir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əliyev prospektində kameralar niyə işləmir?

Dövlət Yol Polisinin yüksək rütbəli əməkdaşı sentyabr ayının 10-da paytaxtın ən böyük - Heydər Əliyev prospektində baş verən qəzadan sonra aciz olduğunu söyləyib.

Tanınmış şair, tarix üzrə fəlsəfə doktoru Həyat Şəmi (Şamiyeva Həyat Rəhman qızı) 10 UR 704 dövlət nömrə nişanlı "Toyota Yaris" markalı avtomobillə "Koroğlu" metrosu istiqamətində hərəkət edərkən ağ rəngli VAZ 2107 "Jiquli" onu arxadan vuraraq aradan çıxıb. Xanım–sürücü Nərimanov rayon Polis İdarəsinə müraciət edib və qəza törədib qaçan maşının təxmin etdiyi nömrəsini deyib. Rəis, polkovnik-leytenant Tofiq Quliyevlə görüşmək cəhdi baş tutmayıb. Həyat xanımı Yol-patrul idarəsinin Qəhrəman adlı əməkdaşı qəbul edib. Xanımdan bütün sənədlərinin sürətini alan Nərimanov RPİ-nin yol polisi şöbəsinin rəisi isə deyib ki, Heydər Əliyev prospektində kameralar yoxdu, olanlarsa işləmir, ona görə də onu tapmaq mümkün olmayacaq: "Biz acizik".

"Maraqlıdır, əgər paytaxtın ən böyük prospektində kameralar yoxdursa, bəs həmin prospektdə sürət həddini aşan onlarla maşını cəriməyə cəlb edən görüntülər necə əldə edilir?" - deyən xanım sürücünün haqlı sualını Daxili İşlər Nazirliyinin müvafiq idarələrinə ünvanladıq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin əməkdaşı prospektdə kameraların işlək olduğunu dedi.

"Nəqliyyatın intellektual idarə edilməsi və təhlükəsizliyi xidməti" idarəsi ilə də əlaqə saxladıq. Xidmətin növbətçi əməkdaşı polis çavuşu Həsən Məmmədov şəhərin bütün küçə və prospektlərinin görüntülərinin aydın göründüyünü və kameraların işlək olduğunu dedi. Konkret Heydər Əliyev prospekti ilə bağlı isə bunu əlavə etdi ki, prospektin həm əsas, həm də köməkçi yolları nəzarətdədir.

Tarix
2013.09.17 / 12:25
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

Şahin Mustafayev Overçukla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla