Yuxarı

Pensiya yaşının artırılması daha çox kimlərə lazımdır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pensiya yaşının artırılması daha çox kimlərə lazımdır?

Cəmiyyətdə pensiya yaşının 65-ə çatdırılmasına münasibət birmənalı deyil. Kimlərsə pensiya yaşının artırılmasının əleyhinə kəskin çıxış edərək bunu vəsaitlərə qənaət etmək məqsədilə hökumətin atdığı addım kimi dəyərləndirir.

Axar.az xəbər verir ki, bu haqda keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov yazıb. Onun sözlərinə görə, əslində, bu gün bütün dünyada əksər ölkələrdə bu yaş artırılır və ya onun müəyyən bir dövrdə tədricən artırılması nəzərdə tutulur:

“Bu ənənənin həqiqətən belə olduğunu görmək üçün müxtəlif ölkələrdə pensiya yaşının vəziyyəti ilə yaxından tanış olmaq lazımdır. İnformasiya əsrində həmin məlumatları hər kəsin əldə etməsi mümkündür. Bu gün böyük əksəriyyət ölkələrdə pensiyaya çıxmaq üçün 65 yaş müəyyən olunub. Düzdür, bəzi ölkələrdə bu yaş bir qədər aşağıdır, ancaq həmin ölkələrin də əksəriyyəti onu artırmağı nəzərdə tuturlar. Azərbaycana gəlidikdə, heç vaxt kimdənsə pensiya yaşının çox olmasından narazılıq eşitmədim. İllərlədir ki, mənə bu məsələ ilə bağlı müraciət edən müəllimlər, həkimlər, dövlət qulluqçuları və başqa kateqoriyadan olan işçilər, onlara pensiya yaşı çatdığı zaman işlədikləri müəssisələrdə bir neçə il də qalıb çalışmaları üçün kömək göstərmək xahişi ediblər. Bu gün pensiya yaşına çatmış həkim, müəllim, dövlət qulluqçuları arasında sorğu keçirilsə, əminəm ki, 98 faiz işdə qalıb çalışmaq istəyəcək. Belə olan halda pensiya yaşının 65-ə qaldırılması nə üçün bu qədər qıcıq yaratmalıdır?”

Qeyd edək ki, Azərbaycanda pensiya yaşının və peşə stajına görə pensiya yaşı müddətinin artırılması ilə bağlı layihə martın 7-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Tarix
2017.03.03 / 12:19
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla