Yuxarı

Ali Məhkəmə həbslərə qarşı çıxdı: Alternativ cəza varsa...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ali Məhkəmə həbslərə qarşı çıxdı:

Azərbaycanda az ağır cinayətlərin sayı artmasa da dinamika qalır.

Report-un məlumatına görə, bunu Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının bu gün keçirilən ümumi yığıncağında deyib.

Onun sözlərinə görə, həbs qətimkan tədbirinin seçilməsi barədə bəzi nöqsanlar var: "Bu məsələ Ali Məhkəmənin Plenumunda müzakirə ediləcək. Maddələri qeyd etməklə hakim kifayətlənir ki, həmin şəxs qaça bilər və yaxud da istintaqa təsir edə bilər. Əgər istintaq sübutları toplanılıbsa və hamı dindirilibsə, hansı təsirdən söhbət gedə bilər?".

Ş.Yusifov həbsdə saxlama müddətinin artırılmasında da problemlərin olduğunu bildirib: "Müstəntiq təqdimat yazıb, məhkəmə təmin edir, lakin gedib istintaq hərəkəti aparmır. Həmin müstəntiq arxayın olur ki, hələ müddətin bitməsinə vaxt var. Buna görə də Cinayət Məcəlləsini götürüb hökmə köçürmək lazım deyil. Alternativ cəza varsa, bunu etmək lazımdır. Bu işlərdə hakimlər gərək diqqətli olsunlar".

Tarix
2017.03.04 / 12:03
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla