Yuxarı

Xüsusi təmayüllü məktəblərin siyahısı müəyyənləşdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xüsusi təmayüllü məktəblərin siyahısı müəyyənləşdi

Bakı şəhərində tədrisin xüsusi təmayüllər üzrə təşkil olunacağı məktəblərin siyahısı müəyyənləşib.

Report xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, bəzi məktəblərdə tədrisin təmayüllər üzrə təşkil olunması həmin məktəblərin 11 illik olacağı və tam orta təhsil verəcəyi, digər məktəblərin ümumi orta təhsil verəcəyi anlamına gəlmir: "Qətiyyən bizim elə bir niyyətimiz yoxdur. Hələ ki, növbəti tədris ilində belə bir dəyişiklik nəzərdə tutulmur. Gələcəkdə bəlkə ayrı-ayrı Bakı ətrafı qəsəbələrdə, əhalinin az məskunlaşdığı ərazilərdə bu məsələlərə baxıla bilər. Hazırda isə məktəblər təmayül və tam orta ümumtəhsil məktəbləri kimi fəaliyyət göstərəcək".

İdarə müdiri bildirib ki, təmayül məktəblərin tam orta ümumtəhsil məktəblərindən fərqi tədrisin təmayüllər üzrə təşkil olunmasındadır: "Tam orta ümumtəhsil məktəblərində isə adi qaydada ümumtəhsil siniflər fəaliyyət göstrəcək. Təmayül məktəblərlə bağlı məsələ əsasən bölgələrə və regionlara aiddir. Əsasən kənd məktəblərində bu hallara çox rast gəlinəcək".

Tarix
2017.03.10 / 13:56
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla