Yuxarı

“Gördüm ayağımı qan aparıb” – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Gördüm ayağımı qan aparıb” – Video

İsmayıllı rayonunda partlayış hadisəsi baş verib.

Axar.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında İsmayıllı şəhərindəki mərkəzi bazarın yanında yerləşən çayxanalardan birində qeydə alınıb.

Yerli sakinlərin sözlərinə görə, bir nəfər şəxs çayxanaya daxil olaraq əlindəki partlayıcı vasitəni insanların üstünə ataraq qaçıb.

Partlayış zamanı rayonun Günəşli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məlikov Səfa Fikrət oğlu və Yuxarıbaş kənd sakini 1994-cü il təvəllüdlü Heydərli Asiman Əhməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralılar hadisənin necə baş verməsindən danışıblar:

"3 yoldaş çay içməyə getdik. Birdən partlayış oldu. Biz də qaçdıq. Bir də gördüm ki, ayağımı qan aparıb. Oradan da yoldaşlar bizi xəstəxanaya gətirdi".

Digər yaralı: "Arxam başqa tərəf idi deyə görmədim. Partlayış oldu, gördüm qan aparır məni".

Hadisəni törətməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini 1969-cu il təvəllüdlü Kazımov Zakir Əhməd oğlunun saxlanıldığı bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix
2017.03.11 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla