Yuxarı

“Kapital Bank”dan "Yaşıl ölkəm" aksiyası

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kapital Bank”dan "Yaşıl ölkəm" aksiyası

“Kapital Bank” Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində Azərbaycanın bir sıra bölgələrində "Bu gün əkdiyimiz ağac, sabah aldığımız bir nəfəsdir” devizi altında genişmiqyaslı yaşıllaşdırma aksiyalarını davam etdirir.

Axar.az xəbər verir ki, bu dəfə “Kapital Bank”ın dəstəyi ilə Göyçay, Ağcabədi və Beyləqan rayonlarında ağacəkmə aksiyaları keçirilib. “Kapital Bank” əməkdaşlarının iştirakı ilə aparılan yaşıllaşdırma işləri müxtəlif parkları və yolkənarı boyu yerləşən böyük əraziləri əhatə edib. Həmin sahələrdə bölgələrin iqliminə və hava şəraitinə uyğun olaraq müxtəlif növ ağaclar əkilib.

“Kapital Bank” 2015-ci ildən etibarən ölkənin müxtəlif bölgələrində “Yaşıl ölkəm” adlı aksiyanı həyata keçirib. Yaşıllaşdırma kampaniyasının məqsədi ölkəmizdə təbiətin və ekoloji mühitin mühafizəsinə töhfə vermək və insanlar arasında təbiətə qayğı hissini gücləndirməkdir. “Kapital Bank” tərəfindən yaşıllaşdırma tədbirlərinin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub”, - “Kapital Bank”ın marketinq departamentinin direktoru Günel Fərzəliyeva bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2017.03.15 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla