Yuxarı

Nazirlikdən məktəbdəki təcavüz olayına – Şok cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hadisənin məktəbdə, sinif otağında baş verməsi barədə fakt yoxdur.

Bunu Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Beyləqanda orta məktəbdə baş verdiyi bildirilən zorakılıq hadisəsi haqda Axar.az-a danışarkən deyib. Onun sözlərinə görə, nazirliyə hadisənin sinif otağında baş verməsi ilə bağlı heç bir məlumat daxil olmayıb.

“Əlbəttə, bu, harda baş verməsindən aslı olmayaraq, cinayət hadisəsidir. Hüquq-mühafizə orqanlarının apardığı istintaq prosesindən sonra hadisənin orta məktəbdə baş verməsi haqda fakt ortaya çıxarsa, açıqlama o zaman verilər. Hələlik isə olayın məktəbdə, sinif otağında baş verməsi barədə yayılan məlumat yanlışdır”.

Maraqlıdır ki, Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova Aznyus.az-a verdiyi açıqlamada hadisənin məktəbdə, sinif otağında baş verdiyini təsdiqləmişdi. Baş verənləri məktəbdə oxuyan şagirdlər arasında sevgi münasibəti kimi şərh edən X.Rüstəmova azyaşlı qızın dərsə utandığından gəlmədiyini, təcavüzdə şübhəli bilinərək hazırda saxlanılan iki gəncin isə məktəbə buraxılmasına icazə vermədiyini bildirib.

Hüquq mühafizə orqanlarının yaydığı məlumatda isə saxlanılanların 20 və 21 yaşlı gənclər olduğu üzə çıxdı. Belədə, suallar yaranır: bu gənclər orta məktəbə necə buraxılıblar? Təhsil Nazirliyi rayon Təhsil Şəbəsinin təsdiqlədiyi faktı araşdırmaq əvəzinə, “rəsmi açıqlamanı” niyə gözləyir? Məktəb rəhbərliyi və məktəbin mühafizəsinə məsul şəxslərin açıqlamaları indiyə qədər niyə heç bir quruma lazım olmayıb?

Xatırladaq ki, Beyləqanda yetkinlik yaşına çatmayan Lalə Məmmədovaya (ad, soyad şərtidir) qarşı həmkəndliləri - 1996-cı il təvəllüdlü Tural Kərimov, 1997-ci il təvəllüdlü Kamil Hümbətov və digərləri tərəfindən seksual xarakterli hərəkətlər edilməsi faktına görə martın 9-da Beyləqan rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb. Beyləqan rayon hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində K.Hümbətov və T.Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
2017.03.15 / 16:16
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla