Yuxarı

İdmançı üzr istəyəcək: Jurnalist xanım qalib gəldi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İdmançı üzr istəyəcək: Jurnalist xanım qalib gəldi

İdmançı Kamil Zeynallı və jurnalist Əfruzə Ağayeva arasında baş verən məhkəmə başa çatıb.

Bu barədə Axar.az-a məlumat verən hüquqşünas Vüqar Səfərli qeyd edib ki, Xətai rayon məhkəməsində hakim Namidar Misirzadənin sədrliyi ilə keçirilən prosesdə “Big.az” saytının baş redaktoru Ağayeva Əfruzə Məmmədhənifə qızının Zeynallı Kamil Heybət oğluna qarşı şərəf və ləyaqətin, isgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi qismən təmin edilib. Məhkəmə Zeynallı Kamilin Ağayeva Əfruzənin ünvanına özünün şəxsi İnstaqram səhifəsində, xəbər saytlarında küçə söyüşlərinə görə qarşı tərəfdən müvafiq olaraq İnstaqramda və xəbər saytlarında üzr istəməsi və həmin təhqiramiz ifadələrə görə təkzib verməsi barədə qərar qəbul olunub. Ağayeva Əfruzənin iddia tələbinin qalan hissəsi, yəni mənəvi zərərə görə 50 min manat iddiası isə rədd edilib. Həmçinin qarşılıqlı iddia üzrə Zeynallı Kamilin iddiası - “Big.az” saytında aparıcı Şəbnəm Hüseynovanın “Kamilin mənə söydüyü söyüşlər onun nəslindəki xanımlara getsin” başlıqlı xəbərin təkzib olunması qərara alınıb.

Vəkil məhkəmənin qərarını da müsbət dəyərləndirib.

Jurnalist Əfruzə Ağayeva isə məhkəmənin qərarından tam razı qalmadığını açıqlayıb:

“Qərarla tam razı deyiləm, yenidən Apelasiya Məhkəməsinə müraciət edəcəm. Çünki hakim K.Zeynallının üzr istəməsi ilə bərabər, mənim də çalışdığım saytda aparıcı Şəbnəm Həsənovanın yazısına görə təkzib verməyimi istəyib. Amma mən bunu etməyəcəm. Çünki yalan yazmamışam. Şəbnəm xanımın bizdə səs yazısı var, o deyir ki, Kamilin mənə söydükləri nəslindəki xanımlara getsin”.

Tarix
2017.03.17 / 13:29
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla