Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Sentyabr 2020


QHT Şurası Aprel şəhidlərinin ailələri ilə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında aprel döyüşlərində şəhid olan hərbiçilərimizin Bakı və Sumqayıt şəhərlərində yaşayan ailə üzvləri ilə görüş keçirilib.

Axar.az xəbər verir ki, toplantıda çıxış edən Şura sədri, deputat Azay Quliyev ölkə prezidenti cənab İlham Əliyevin aprel şəhidlərinin şücaətini yüksək qiymətləndirdiyini və onu tarixi qəhrəmanlıq adlandırdığını deyib. Bu günki görüşün cənab prezidentin aprel şəhidlərinin əziz xatirələrinin və ailələrinin daim yüksək diqqətdə saxlanılması ilə bağlı tapşırığının Şura olaraq icrası məqsədi ilə keçirildiyini vurğulayıb. Azay Quliyev Ermənistanla atəşkəsin elan olunduğu 23 il ərzində ilk dəfə olaraq işğal altında olan torpaqlarımızın bir qisminin məhz Ali Baş Komandanın əmrlərini böyük qəhrəmanlıqla icra edən ordumuzun, xüsusi ilə aprel şəhidlərinin şücaəti sayəsində düşməndən azad olunduğunu bildirib: “Sizin övladlarınız aprel döyüşlərinin qəhrəmanlarıdır. Bu qəhrəmanlar və həmin həlledici günlərdə ayağa qalxaraq ordusu ilə birgə olduğunu göstərən, cəbhəyə axışan xalqımız dünyaya göstərdi ki, biz torpaqlarımızı düşmən işğalından azad etməyə qadirik. Müəyyən dairələrin Azərbaycana qarşı istifadə etməyə çalışdığı “uduzmuş tərəf” sindromunu da məhz aprel döyüşlərinin qəhrəmanları aradan qaldırdılar. Bu gün yalnız siz deyil, bütün xalqımız aprel şəhidləri ilə qürur duyur.”.

Görüşdə çıxış edən Şura üzvü, “Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli dövlətin şəhid ailələrinə, o cümlədən aprel döyüşlərində şəhid olan hərbiçilərimizin ailələrinə olan dövlət qayğısından, onların adlarının əbədiləşdirilməsi üçün atılan addımlardan danışıb və Şuranın bu istiqamətdə gördüyü işlər barədə məlumat verib.

Görüşdə çıxış edən aprel şəhidlərinin valideynləri torpaqlarımızın işğaldan azad olunması üçün hər an vuruşmağa hazır olduqlarını qeyd ediblər. Onlar həmçinin övladlarının adlarının əbədiləşdirilməsi üçün əlavə tədbirlərin görülməsi haqqında fikirlərini çatdırıblar.

Şura sədri Azay Quliyev hər zaman şəhid ailələrinə diqqət göstərilməsinin vəzifə borcları olduğunu deyib və görüşdə səsləndirilən təkliflərin araşdırılması və aidiyyatı qurumlara təqdim olunması üçün müvafiq addımların atılacağını bildirib.

Tarix
2017.03.17 / 16:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ölkəmizdə korona ilə bağlı son göstəricilər açıqlandı

Restoranlarda toy eləmək daha mümkün olmayacaq - Deputat

Professor BDU-ya niyə buraxılmadı? - Təfərrüat

Qaraçuxurda neftçilərə yeni mənzillər verildi

Müğənni döyüldü, polis isə ona cinayət işi açdı? – Video

İki il əvvəl partlayışda dağılan bina ilə bağlı yeni xəbər

Prezidentin bu TV-lərimizə müsahibəsi - Video

Dənizdə dalğanın hündürlüyü 3 metrə çatır - Faktiki hava

DİN məlumat yaydı: 41 nəfər saxlanıldı

Daha bir vəzifəli şəxs cərimələndi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla