Yuxarı

“Oyunlar zolağı”nın çəkilişinə başlanılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azəravtoyol ASC tərəfindən 12-22 may 2017-ci il tarixlərində Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə start verilir. “Oyunlar zolağı”nın çəkilişinə ilk olaraq Neftçilər prospekti Azneft meydanından başlanılır.

Axar.az xəbər verir ki, bu haqda Azəravtoyol ASC-nin mətbuat katibi Anar Nəcəfli məlumat verib.

Bu məqsədlə axşam saat 22:00-dan səhər saatlarınadək Neftçilər prospektinin Azneft meydanından Əl Oyunları İdman Sarayına qədər olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaq üzrə hissə-hissə məhdudlaşdırılacaq.

“Oyunlar zolağı”nın kənarlarına sarı xətt çəkiləcək, asfalt üzərində isə “Bakı 2017” sözləri yazılacaq.

“Oyunlar zolağı”nın Neftçilər prospektinə (Azneft meydanı - Bayraq meydanı), Bakı-Ələt yolunun 2-14 km-lik hissəsinə, Bakı Dairəvi-1 avtomobil yoluna, Moskva, Ziya Bünyadov və Atatürk prospektilərinə, Vaqif və Hənifə Ələsgərov küçələrinə, həmçinin Tiflis prospektinə çəkilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azəravtoyol ASC Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində işlərini davam etdirir.

Tarix
2017.03.29 / 18:12
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla