Yuxarı

Azərbaycanlı bəstəkar azadlığa buraxıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı bəstəkar azadlığa buraxıldı

İranda 72 yaşlı tanınmış azərbaycanlı bəstəkar azadlığa çıxıb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Həsən Dəmirçi (Həsənağa Azərbaycan) aprelin 27-də günorta saatlarında həbs cəzasını bitirdikdən sonra Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb.

Qeyd edək ki, H. Dəmirçi 2013-cü il noyabrın 4-də səhər saatlarında İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları tərəfindən evində həbs edilib. Azərbaycanlı bəstəkara həbsdə saxlanıldığı müddətdə ailə üzvləri ilə görüşə maneə yaradılıb, vəfat etmiş bacısının dəfn mərasimində iştiraka icazə verilməyib.

Yaşının çoxluğuna görə bir neçə xəstəlikdən əziyyət çəkən H. Dəmirçi müxtəlif psixi təzyiq və təhqirlərə də məruz qoyulub. O, Azərbaycan milli kimliyinin və milli musiqisinin təbliği uğrunda apardığı dinc fəaliyyətə görə indiyədək bir neçə dəfə tutulub. Ötən ilin iyulunda Təbriz məhkəməsi H. Dəmirçini Güney Azərbaycanda baş vermiş son zəlzələdə ziyan çəkən ailələrə maddi yardım toplamaqda, qanunsuz yollarla Azərbaycan musiqisinin tədrisi ilə məşğul olmaqda, ölkədə və xaricdə separatçı qruplarla əlaqə saxlamaqda, azərbaycanlı fəallarla görüşməkdə və dövlət quruluşuna qarşı təbliğatda təqsirli bilərək 6 ay müddətinə şərti həbs cəzasına məhkum etmişdi.

Həmas və Əl - Fəth 23 Apreldə Fələstində tək rəhbərlik mövzusunda uzlaşmağa varmış, 5 həftə içində milli birlik hökuməti qurulması və 6 ay ərzində seçkilərə gedilməsi mövzusunda uzlaşmıştı. İsrailin bu sürpriz inkişafa cavabı müzakirələri təxirə almaq olmuşdu.

Tarix
2014.04.28 / 00:19
Müəllif
Axar.az
Digər xəbərlər

İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

İlham Əliyev və Ərdoğan görüşdü

Sülh sazişinin ratifikasiyası üzərində işləyirik - Kostanyan

Yeni regional təhlükəsizlik arxitekturası qurulur - Hacıyev

Türkiyə bizə bu formata qoşulmağı təklif etdi - Simonyan

Azərbaycanla yeni müharibə xəbərdarlığı edildi

Prezident və xanımı Antalyada mühüm tədbirdə...

Bu nazirlikdə kollegiya iclası keçirildi

Türkiyədə şagird hücumları: Psixoloqlar çağırış etdi - Təhlükə

Azərbaycanla koordinasiyalı şəkildə... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla