Yuxarı

Türkeş və Adsıza "vətən xaini" damğası necə vuruldu?..

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün - 3 May Türkçülük Günüdür. Dünya türklərinin qeyd etdikləri bu tarix Azərbaycanda da hər il xatırlanır, amma istər iqtidar, istərsə də müxalifət düşərgəsində bu gün yüksək səviyyədə qeyd olunmur. 3 mayın tarixi ilə bağlı hər ilin bu vaxtları geniş müzakirələr açılır.

Bu il də eyni hal sosial şəbəkələrdə bir daha özünü büruzə verməkdədir. Bəzi mənbələrə görə, 3 may Türkçülük Gününün tarixi 1277-ci ildən başlayır.

Hazırda Azərbaycan və Türkiyədəki milliyyətçilər arasında daha çox populyar olan ortaq versiya var. Həmin versiyaya və Vikipediya məlumatlarına görə, bu bayramın keçirilməsinin səbəbi Türkiyənin böyük şairi Hüseyn Nihal Adsızın üzərində qurulan məhkəmə prosesi ilə bağlıdır. İrqçilik iddiası ilə Səbahaddin Əli tərəfindən məhkəmələrə çəkilən şairin üzərindəki proseslərdən birində - 3 may 1944-cü ildə böyük etiraz nümayişi olub. Sonradan “Ankara nümayişi” adını alan həmin yürüşü anmaq məqsədilə bu gün qeyd olunmağa başlayıb. İlk dəfə 3 may 1945-ci ildə türk dünyasının böyük isimləri Nihal Adsız, Zəki Vəlidi Toğan, Nejdət Sançar və Reha Oğuz Türkxan başda olmaqla, 10 məhkum tərəfindən Tophanə hərbi həbsxanasında qeyd edilib.

1945-ci ilin 29 martınadək davam edən məhkəmə prosesində Türkiyə siyasətinin 23 önəmli şəxsi haqqında “vətənə xəyanət” maddəsi ilə həbs qərarı çıxarılıb. Zəki Vəlidi Toğan, Alparslan Türkeş, Nihal Adsız, Reha Oğuz Türkxan, Cihat Savaş Fer, Nurullah Barıman, Fəthi Təvətoğlu, Nejdət Sançar, Cabbar Şenel və Camal Oğuz Öcal kimi milli düşüncəli insanlar həbsxanalarda ağır işgəncələr görüblər. Onlar vəkillərinin müraciətləri əsasında iki il sonra bəraət alıblar.

1954-cü ildən etibarən bu gün Nihal Adsızın təşəbbüsü ilə Türkçülük Günü kimi qeyd olunmağa başlayıb. Alparslan Türkeş Milliyyətçi Hərəkat Partiyasını qurandan bu günə qədər 3 may daha geniş şəkildə keçirilir.

3 may Türkçülük Gününün Azərbaycanda qeyd olunması daha çox sabiq prezident Əbülfəz Elçibəyin sayəsində özünə yer tapıb. 1992-ci ilin 3 mayında Bakıya səfərə gələn türk nümayəndə heyətinin tərkibində olan Alparslan Türkeş bir milyon insanın qarşısında Elçibəylə bərabər çıxış edərkən, toplantıya qatılanları “bozqurd” işarəti ilə salamlayıb...

VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı Musavat.com-a açıqlamasında bu günün önəmindən danışıb:

“Əslində bayram olaraq, elə də qədim bir tarixi yoxdur. Türklərin bayram kimi qeyd etməli olduqları çox tarixi hadisələr var. Türklərin çox zəfərləri olub ki, bunların hər biri bayram kimi qeyd oluna bilər. Açığı deyim ki, Türkiyədə bu gün o qədər də geniş qeyd olunmur. Bu günü ən çox qeyd edən Azərbaycandır. Ölkəmizdə bir az təvazökarlıqdan kənar olsa da, xanımım Tənzilə Rüstəmxanlının rəhbərlik etdiyi Azəri-Türk Qadınlar Birliyinin xətti ilə hər il bu günü önəmli yerlərdə yüksək səviyyədə qeyd edirik. Bu il ailəmizdə olan bəzi məsələlərə görə yaxşı hazırlaşa bilmədik. Bu günlə bağlı türk dünyasının hər yerindən sənət adamları çağırılır. İlin 365 gününü terror və başqa hadisələrlə dolu günlərlə keçiririk. İlin heç olmasa belə günlərini sevinclə qeyd etməli, başımızı dik tutmalıyıq, çünki biz tarixin qədimlərindən gələn böyük xalqlardan biriyik. Bu baxımdan, türkçülük bayramı yüksək səviyyədə keçirilməli, hətta rəsmiləşdirilməlidir. Xalqın milli kəsimi bu bayramı qeyd edir. Millətçilik şüuru inkişaf etmiş şəxslər bunu əsasən qutlayırlar. Halbuki bu günü türk dünyasında hər kəs qeyd etməlidir. Fərqi yoxdur hansı tarixdən başlayıb, kimlərin adı ilə bağlıdır. Önəmli olan odur ki, belə bir bayramımız var. 3 may ilin ən gözəl günlərindən biridir. Baharın da ən gözəl vaxtlarına təsadüf edir. Böyük şəkildə edilməsə də, mətbuat və digər vasitələrlə bu günü daim xatırlatmaq lazımdır ki, bu gün türklərin bayramıdır”.

S.Rüstəmxanlı türklərin bir olması baxımından da 3 mayın əhəmiyyətindən söz açıb:

“Bir millət donuq su kimi yaşasa, gec-tez iylənəcək. Hər bir millət axar su kimi yaşamalı, daim hərəkətdə olmalıdır. Bu türk bayramı türklərin yaşadığı hər yerdən bir rüzgar kimi əsib keçməlidir. Bizim Bakıya dəvət etdiyimiz türk sənətçilərin buradakı çıxışları böyük maraqla qarşılandı, bundan sonra həmin sənətçilər Türkiyəyə də dəvət olundular. Belə proseslər davamlı olmalıdır. Türk dünyasının ən gözəl sənətçiləri belə bayramlarda bir araya gəlməlidirlər. Biz türklükdən danışırıq, amma kimsə barmaqla göstərə bilərik ki, qırğızların ən gözəl sənətkarı, yaxud şairi kimdir? Halbuki bir-birimizə çox yaxın olmalıyıq. Biz bu bayramdan türk dünyasının mədəniyyətinin sirlərinin açılması üçün istifadə etməliyik”.

Tarix
2017.05.03 / 09:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla