Yuxarı

İllər sonra yenidən Xocalıda görüşdülər - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İllər sonra yenidən Xocalıda görüşdülər - Foto

Oktyabrın 25-də Xocalı şəhər 1 nömrəli tam orta məktəbin məzunları illər sonra ilk dəfə bir araya gəliblər.

Axar.az xəbər verir ki, 36 il əvvəl bu məktəbdə müəllimə kimi çalışmış Xocalı sakini Səriyyə Müslümqızının təşəbbüsü ilə təşkil olunmuş görüşdə 1980–1990-cı illərdə məktəbdə təhsil almış məzunlar və o dövrün müəllimləri iştirak ediblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş iştirakçıları əvvəlcə Xocalı Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

1992-ci ilin fevralında erməni silahlı birləşmələri tərəfindən törədilən Xocalı soyqırımının dəhşətlərindən, o faciənin xalqımızın yaddaşında buraxdığı izlərdən də danışıblar. Tədbirin təşkilatçısı Səriyyə Müslümqızı çıxışı zamanı bildirib ki, bu gün azad Xocalının adı qürurla çəkilir, insanlar doğma yurdlarına qayıdır, Xocalıya həyat yenidən dönür.

Onun sözlərinə görə, bu gün burada toplaşmaq həm yaddaşın, həm də qürurun təntənəsidir. Tədbirin sonunda məzunlar belə görüşlərin davamlı keçirilməsinin vacibliyini vurğulayaraq, azad Xocalının dirçəlməsi və gənc nəslin doğma torpaqlarda yetişməsi üçün birgə səylə çalışacaqlarına söz veriblər.

Tarix
2025.10.25 / 14:32
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla